Metamorphosis 911

Metamorphosis 911
@Metamorphosis911
Dərin olan quyu deyil,qısa olan ipdir.
Ancaq bütün bu, sanki insan hay-küyünü, orkestrlərin melodiyalarını və parkların qoxularını aşağı aparan su axınları, bütün bu bürünc parıltılarla dolu toranlaşan göyün Karl körpüsündəki heykəllərin kölgələrilə qarışmış çay ənginliyi- bunların hamısı Mersonun məhəbbətə yer olmayan qəlbində soyuq tənhalığın ağrılı və yandırıcı hissiyatını yalnız daha da gücləndirirdi. Onun nəfəsi rütubət və yarpaq iyindən tutulanda o, köməyə göz yaşlarını çağırdı,ancaq göz yaşları yox idi.
Sayfa 88·Kitabı okudu
Reklam
Puan vermedi·152 syf.·
2022 1. kitabı
Albert Camus
7.7/10 · 6,2bin okunma
İtin,yaxud filin, mamontun qeyri-adi görünüşü dəfələrlə tək­rar­lanmalıdır ki, uşaq onu daha hayıl-mayıl olmadan qarşılasın. Am­­ma uşaq gərəkincə danışmağı və fəlsəfi düşünməyi öyrən­məz­dən çox-çox əvvəl dünya adiləşir. Məndən soruşsan, deyərəm ki, buna təəssüflənirəm. Məncə, sən dünyanı asanlıqla qəbul edən o adamlardan biri kimi olacaqsansa, böyümə, əziz Sofi.
Felsefe
Mən televiziyadakı hər cür idman verilişlərinə böyük həvəslə baxıramsa, başqalarının idmanı darıxdırıcı saymasıyla da razılaşmalıyam. Bəs bizim hamımızı maraqlandıran eyni bir şey yoxdurmu? Kim olmasından və dünyanın harasında yaşamasından asılı olmayaraq, biz insanların hamısına aid olan bir şey varmı? Var, əziz Sofi, var.
Felsefe