Sevdiklərimizlə bağlı bizi iki dəfə adlanmağa məcbur edən amansız bir paradoksu o yalnız indi başa düşdü ki: əvvəl ucaldırıq, sonra yerə vururuq . O başa düşdü ki, Marta özünü onunla tamamilə təbii aparıb, necə var idisə, o cür olub və elə bircə buna görə o, Martaya minnətdar olmalıdır.
Təəccüblü deyil ki,onun haqqında da xasiyyəti dəyişməyən it haqqında düşündükləri kimi mühakimə yürüdürdülər. Deməli, insanlar bir-birinə itə baxdıqlarından fərqli baxmırlar.
O, Əlcəzairə Genuyadan getmək qərarına gəldi. Adətən, insanlara vacib bir qərar qəbul etməmişdən və həyatlarını kəskin dəyişməmişdən qabaq harasa hamıdan uzaq bir yerə çəkilmək lazım gəlir; bax ancaq tənhalıq və qərarsızlıqla zəhərlənmiş Merso öz həyat oyununda yeni gedişi oynamaq üçün daha çox dostluğa, etibara və səmimiyyətə ehtiyac duyurdu.