Necəsən, əzizim?
Sən də, o da
Axı indi tək deyilsən.
Heç olmasa pəncərəyə gəlsəydin
görərdim səni.
Səhərdən axşama
Axşamdan səhərə
Gözləyəcəm...
Aramızda mərtəbələr
Küçənin asvaltları..
Hava..
Kölgə parçaları..
Və heç bir ölçüyə sığmayan
imkansızlıq məzarı...
#RəsulRza