Ey aşiq!
Özünə bax, insanların işinə qarışma,
“o, bunu deyir”, “bu, bunu deyir” deyib durma!
“Filankəs mənə tikan deyir”, “fılankəs yasəmən deyə çağırır” düşüncəsinə qapılma!
Hər sözə, hər kəsə əhəmiyyət vermə, gül ətri verməyə çalış.
Filankəs sənə kafir deyir, bir başqası isə din adamı deyir...
Vaz keç bunlardan, gözünü aç!
Allah sənə bəsirət gözü, könül gözü vermişdir.
Elə bir göz verib ki, sənin baxışlarına qarşı Cəbrayılın qanadı belə səcdəyə qapanar.
Şəkil və surətə baxma!
Ey Haqq aşiqi, nəşələn!
Səni yüksəklərə uçuracaq qanadların olduqdan sonra insanlardan sənə nə qəm gələ bilər?
Ey özünün qüsurlarını görməyib başqa insanların yaxşısına, pisinə baxan zavallı!
Allah sənin köməyin olsun.
~ Mövlana Cəlaləddin Rumi