Heyhat! Bir qadının yazmaq istəyi
Onlara hədsizlik kimi görünür.
Heç bir ləyaqət bu səhvi gizlədə bilməz.
Cinsimiz və tərzimiz buna yol vermirmiş
Tərbiyə, dəb, pal-paltar,
Bir də rəqs və oyunlar
Bu imiş istədiyimiz.
Yazmaq, ya da oxumaq?
Düşünmək və aramaq
Vaxtımızı alırmış, bir də kölgələyirmiş guya gözəlliyimizi.
Və ən gözəl dövrdə qarşısını kəsirmiş qələbələrimizin.
Zəhlətökən bir evin bezdirən işlərisə
Ən böyük sənətimiz və faydamız deməkmiş
Gözündə kimlərinsə.