Parlaq bir göz yaşı damcısı düşdü
Qapıdakı mavi qonaqçiçəyindən.
Gəlir göyərçinim; sevgilim,
Gəlir həyatım, alın yazım.
"Yaxındadır o, yaxında", – deyə ağlayır qızılgül,
Ağ gül isə hıçqırır: "Gecikdi, gecikdi".
Dumançiçəyi dinləməkdədir: "Eşidirəm, eşidirəm",
Və
"Gözlərəm", – deyə pıçıldayır zanbaq.