Tarlan A. Latif

Tarlan A. Latif

, bir kitap okudu
10/10
·250 syf.··
Beğendi
·
2020 273. kitabı
Maqsud İbrahimbəyov
8.8/10 · 15 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
10/10
·164 syf.··
Beğendi
·
2020 272. kitabı
Mən həqiqətən də inanıram ki, hər oxunan kitab, vaxtına çəkər. Mən bu kitabı, müstəqillik günü və şanlı ordumuzun 28ildən artıq düşmən işğalından azad olunduğu günlərdə oxudum, və bundan bixəbər olaraq. Mən Maqsud İbrahimbəyovla yenicə tanış olmuşam, bu əsər isə onun oxuduğum 3cü işi, ikinci kitabıdır. Yazıçının üslubunu, gözlənilməz sonluqlarını, incə-incə dövrün siyasi hadisələrini gündəlik həyat hadisələri ilə qarışıdırıb yazmağını çox bəyənirəm. Digər diqqətimi çəkən, məni yazıçıya sevgi bəsləməyimə səbəb olan məsələ isə, obrazların psixologiyasını çox ustalıqla qələmə tökməyidir. Çox bəyəndiyim bir iki hissə: “Əgər çox sevirsənsə, uzun illər ərzində həyat yoldaşın sənin bir parçana çevrilir, səninlə həmfikir olur, sənin bütün hisslərini, arzularını bilir, sən bunun necə baş verdiyini hiss eləmirsən, amma zaman keçdikcə o sənin valideynlərindən, övladlarından, dostlarından üstün olur, onu itirəndə isə bu dərd insanı bütünlüklə ağuşuna alır, ona yuxu da, gerçək də əzab verir və bundan qurtuluş yoxdur..” “Atəşkəs müqaviləsi bağlandı. Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırıldı, dünyanın üç güclü dövlətinin vasitəçiliyi ilə diplomatik mübarizə mərhələsi başladı. Danışıqlarda vasitəçilik edənlər ədalətli nəticəyə nail olmaqda maraqlı deyildilər, çünki böyük dövlətlər hətta öz müttəfiqlərinə belə səmimiyyət nümayiş etdirmirdilər. Bu səbəbdən bütün sivil dünyanın gözləri qarşısında xalqların bir bölgədə, yaxud bütünlüklə yer üzündə dinc yaşamasının faydaları mövzusunda kompromissiz və faydasız danışıqlar illərlə davam elədi.” Mən çox bəyənərək, zövq alaraq oxududum. Sizə də xoş mütaliələr, Sevgilərimlə!
Qara Paltarlı QadınMaqsud İbrahimbəyov · Teas Press Nəşriyyat evi · 202055 okunma
Puan vermedi·152 syf.··
2020 271. kitabı
Mən romantik əsərləri oldum olası sevə bilməmişəm. Ya ruhuma yaxın hiss etmirəm, ya da hadisələr çox dramatikləşdirilmiş kimi gəlir mənə. Jojo Moyes daha əvvəl oxumamışdım, amma ətrafımdakı bir çox fərqli insanın post’lrından görürdüm. Nə yalan deyim, kitabları əsasında çəkilmiş filmləri də izləməmişəm. Kitaba gəlsək, 2saat ərzində oxuyub bitirdim. İlk dəfə idi ki, Stefan Zweig və Halil Cibran qədər axıcı bir yazıçıya rast gəldim. Necə baş verir bilmirsən, amma özünü səhifələri sürətlə çevirəndə tapırsan. Məncə Jojo’nun hekayəni danışma qabiliyyəti, onu qısa bir kitaba sığışdırmağı çox yaxşıdı, amma yenidən alıb oxuyarammı? Əmin deyiləm. Jojo Moyes, mənim öz dilimdə “çərəz” deyə adlandırdığım, ağır kitablardan sonra vərdiş itməsin deyə sırf istirahət məqsədi ilə, yorulmamaq üçün oxuduğum yazıçılar siyahısına əlavə olundu. Amma hələ ki, 1 kitabını oxumuşam, fikrimin dəyişmə ehtimalını da nəzərə alıram. Sizə xoş mütaliələr!
Tek Kişilik Paris SeyahatiJojo Moyes · Pegasus Yayınları · 2018671 okunma
10/10
·208 syf.··
Beğendi
·
2020 146. kitabı
Kitabı əksər insanlar “Atatürkün okulluların müfredatına konulmasını istediği kitap” olaraq tanıyır, yaxud da inam hiss edərək alır. Bu kitab haqqında təsuratlarım çox yüksəkdir. Bəlkə də bu günə qədər, xüsusi ilə də təhsillə bu qədər əlaqəli “Pedagoy of Oppressed” kitabından sonra ən çox sevdiyim kitab oldu. Təhsil sferasında olan insanların xüsusi ilə diqqət yetirməli olduğu bir kitabdır. Yəqin ki, Finlandiya təhsil modelinin ideal hesab olunduğundan xəbərdarsınız. Kitabın yazıçısı oğlumuz Grigory əslində səyyahdır, və bütün bu yazılar Finlandiyaya olan səfəri zamanı müşahidələrinə əsaslanaraq yazılıb. Müstəmləkədən xilas olan bataqlıqlar ölkəsi olan Finlandiyanın necə bəyaz zambaqlar ölkəsinə çevrilməsini, xalqın necə dirçəlib yenidən dəyərlə formalaşdırmasından bəhs edir. Hətta mən atamız Atatürkdən bir addım da o tərəfə gedib “valideyn”lərin də mütləq bu kitabı oxumasını istərdim. Bir sözlə mütləq oxuyun, hətta “masabaşı” kitabınız edin!
Beyaz Zambaklar ÜlkesiGrigory Petrov · Ayrıntı Yayınları · 2020124,9bin okunma