Mən qulaq asmırdım qapı dalından,
Səni izləmirdim səndən gizlicə.
Mən sənə güvəndim, inandım sənə -
Bilmədim, sən məni aldatdın necə...
İndi gəlib üzr istəyəcəksən,
Niyə bağışlayım,
Nəyi və kimə...
Səni sevməsəydim, bağışlayardım
Nə üzlə qaytarım səni qəlbimə?!