Tövsiyyə edilməyə layiq , axıcı əsər … Şüuraltında bir qərara vardığını düşünürsən, amma obrazlar ,həmçinin, əsəri iki nəfərin dilindən oxumaq çaşqınlığa səbəb olur. Əsər baş qəhrəman Alisiya və onun psixoterapevti Teo ətrafında dövrə vurur. Ərini öldürməkdə günahkar hesab edilən Alisiya bu cinayətdən sonra özünü tamamilə susqunluğa məhkum edərək cəzalandırır . Hətta, deyə bilərəm ki, əsəri oxuyan zaman oxucuda cinayətin səbəbindən çox məhz Alisiyanın susqunluğunun səbəbini öyrənməyə maraq yaranır . Dedektiv, psixoloji, dramatik , romantik və s.kimi faktorlar əsəri olduqca oxunaqlı edib.
Sizə də xoş mütaliələr! Alex MichaelidesSəssiz Pasiyent