Mira Axundova

Mira Axundova
@Mirade
Dilbəra, mən səndən ayru ömrü canı neylərəm? Tacü təxtü mülkü malu xanimanı neylərəm? İstərəm vəsli-cəmalın ta qılam dərdə dəva, Mən sənin bimarınam, özgə dəvanı neylərəm? Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan, Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm? Çox dualar qılmışam mən xaliqin dərgahına, Çün muradım hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan, Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm? İmadəddin Nəsimi
Şiir
Reklam
Çoxlar incikdi ki, sən onlara naz eyləmisən, Mən də incik ki, mənim nazımı az eyləmisən. Etmisən bu nazı viranə könüldə sultan, Evin abad ola – dərvişə niyaz eyləmisən. Hər baxışda çalısan kipriyi mizrab kimi, Bir qulaq ver, bu sınıq könlü nə saz eyləmisən. Başdan aç yaylığı, əfşan elə susən-sünbül, Sən bizim bayramımızsan, qışı yaz eyləmisən. Kakili başda vurub eyləmisən tac kimi, O qızıl teldən onu güllü qotaz eyləmisən. Sən Gün ol, qoy qəmimiz dağda qar olsun, ərisin, Mənim ancaq işimi suzü güdaz eyləmisən. Sinə bir dəşti-Muğandır, quzu yan-yanə yatub, Mənim ağlar gözümü orda Araz eyləmisən. Xəttü xalından alıb məşqimi “Quran” yazaram, Bu həqiqətdə məni əhli-məcaz eyləmisən. Dəstəmaz eylədiyin çeşmə müsəlman qanıdır, Bilmirəm hansı kəlisada nəmaz eyləmisən. Bu gözəllik ki, cahanda sənə vermiş tanrı, Hər qədər naz eləsən eylə ki, az eyləmisən. Mən “Əşiran” oxusam, pəncə “İraq” üstə gəzər, Gözəlim, türk olalı tərki-“Hicaz” eyləmisən. Mən bu mənada qəzəl yazmağa halım yox idi, Sən mənimtək qocanı fırfirabaz eyləmisən. Məni bu suz ilə atdın, aralandın, bilirəm, Aranı bir para namərd ilə saz eyləmisən, Ey dan ulduz, məni sən yaxşı tanırsan ki, səhər Üfüqü xəlvət edib razü niyaz eyləmisən. Şəhriyar darda qalıb, dağda daşa daldalanıb, Özün insaf elə, Məhmudi Ayaz eyləmisən.
Şiir
Qızılgül, bağü bustanım, nə dersən? Fəda olsun sənə canım, nə dersən? Qərarü səbrü aramım tükəndi, Kəsildi, külli fərmanım, nə dersən? Əridi iligim, qaldı sümügüm, Bu təni tərk eder canım, nə dersən? Xamu dərdlilərə dərman bulundu, Dəvasız dərdə dərmanım, nə dersən? Xamunun küfr ilə imanı vardır, Mənim küfr ilə imanım, nə dersən? Sənin məqsudun oldur kim, mən ölüm, Halal olsun sana qanım, nə dersən? Əgər yatsam min il torpaq içində, Dürüstdür əhdü peymanım, nə dersən? Xətai çün səni can ilə sevdi, Sevən ölsünmü, sultanım, nə dersən? Şah İsmayıl Xətai
Şiir