– Rüstəmbəy, “Tayfunu” gördünüzmü? – deyə sordu.
Rüstəmbəy təəsüflə:
– Hələ görməmişəm, bu günlər gedəcəyəm.
Feodor İvanoviç qəti bir səslə:
– Çox gözəl pyesdir, görmənizi şiddətlə tövsiyə edirəm.
Yaponların vətənpərvərliyi bizə örnək olmalıdır. Mənə pyesin
bir yeri çox xoş gəldi: bir avropalı yapona bir sual verir:
“Necə oldu da az vaxtda olduqca tərəqqi etdiniz?“ – deyir.
Yaponun cavabı çox maraqlıdır: “Dövlətimizin tərəfindən hər
birimizin üzərinə qoyulan vəzifəni lazımınca yerinə yetirdik”,
- deyir... Böyük sözdür!
Rüstəmbəy gülərək:
– Bizdə tərsinədir. Vəzifə başdansovma deməkdir...