Küskün insanlar həmişə qəhrəmanlara və divanələrə məftun olurlar, çünki bu cür insanlar yaşamaqdan və ölümdən qorxmurlar. Həm qəhrəmanlar həmdə divanələr təhlükəyə qarşı laqeyd olurlar və digər insanların nə deməyindən asılı olmayaraq irəli gedirlər.
Mən o həbləri qəbul edəndə nifrət etdiyim insanı öldürmək istəyirdim. Bilmirdim ki, içimdə digər Veronikalar mövcuddur, o Veronikalar ki, mən onları sevə bilərdim.
İnsan özünə nəyə görə nifrət edə bilər?
-Qorxaqlığa görə.
Bu kitabı neçə müddətdi oxumaq istəyirdim. Keçən dəfə kitab sifariş edirdim üç kitab seçdim. Bunu da əlavə etmək istəyirdim ama adı çox depressivdi deyə etmədim.
Lakinn :)
Bugün əməkdaşlıq etdiyim bir əczaçı ilə danışarkən söhbət kitablara gəldi) Uzun söhbətdən sonra, kitab versəm bir günə oxuyarsan? soruşdu. Dedim hə. “Veronika ölməyə qərar verir” kitabını mənə göstərəndə bir an qəribə hiss etdim😄 Deməli mən bu kitabı oxumalı imişəm :D
Hamının nə olursa olsun yaşamaq üçün uğrunda mübarizə apardığı bu dünyada bir adam ölməyə qərar vermiş insanları necə mühakimə edə bilər?
Heç kəsin başqalarını mühakimə etməyə haqqı yoxdur. Hər bir insan öz çəkdiyi əzabların dərəcəsini və həyatındakı mənasızlığı özü yaxşı bilir.