Məni tanıyanlar bilir depresiyanın dibindən çıxmışam. Və heç kimin köməyi olmadan. Keçən il bu vaxtlar çox çətin tapdığım bir işdən çıxmışdım nə olacağını bilmirdim ama.. (evimi də keçən il bu vaxtlar dəyişmişdim)
Hər il hansısa ay keçən ilə baxıb bu ili müqayisə edirəm özlüyümdə. Məndə nə dəyişdi deyə. Və hər il keçən ili düşünəndə üzümdə səbəbsiz gülüş yaranır, özümlə fəxr etmə hissi isə başqa məsələ :)
Bu il də üzümdə gülüş yaranır, hər dəfəsində özümü daha inkişaf etmiş, dəyişmiş görürəm. Və bu dəfə tamam fərqlidi həyatımdakı insanların demək olar çoxluğu keçən ildə xoş xatirələrlə qalıb :) hər birini çox sevirdim və sevirəm. Mənim böyüməyimdə hamısının öz əməyi olub özləri bunun fərqində olmadan. Bu il həyatımda olan bir çox insan keçmiş illərdən gəlmir sadəcə 1 ildir ətrafımdadılar. Onlar mənə daha xoş təsüratlar bağışlayır✨
İçimdə heç kimə, heç nəyə qarşı ən balaca nifrət qıvılcımı belə yoxdur hansı ki əvvəl bu ifrat dərəcə idi. Həyatı və yaşamağı sevirəm! Əminəm ki daha da yaxşı olacam.