Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Leman Abas

Leman Abas
@Mnela
azərbaycan dili və ədəbiyyatı müəllimi
Azerbaycan dili və ədəbiyyatı müəllimliyi
Bakı
28 okur puanı
Ocak 2021 tarihinde katıldı
528 syf.
8/10 puan verdi
·
25 günde okudu
"İliada" çoxdan oxumaq istədiyim, hətta deyərdim ki, mütaliəsini gecikdirdiyim kitablardan biri idi. Miflər hər zaman maraq dairəmdə olmuşdur. Kitabda baş verən müharibəni, adı çəkilən xalqları, tanrıları heç də müəllifin xəyal məhsulu saymıram. Əsəri oxuyub qurtardıqda sıxıntı bir duman oimi ürəyimi bürüdü. İnsanlar tanrıların kefləri və arzularına görə oynatdığı kukladan fərqsiz, ölümlü olduqları üçün xərclənməyə münasib görülən zavallılardan başqası deyildi. Maraqlıdır ki, bizim əslində onlardan daha şanslı olduğumuz məqam da elə bu idi; yaşadığımız ecazkar anların təkrarsız olması, fanilikdən doğan füsunkarlıq. Sonu olmayan həyatda bir yerdən sonra hər şey öz dadını, rəngini itirir. Çoxsaylı eşqlər isə aradakı nifaqı və təəssüfü gücləndirməkdən başqa bir işə yaramır. Belə bir dünyada yaşamaq müasir insan olaraq sadəcə dəhşətvericidir. Belə paradoksal bir sualla incələməmi bitirmək istəyirəm. Ya bu tanrı və tanrıçalar həqiqətən varlarsa və ya var olublarsa?
İliada
İliadaHomeros · Bakı, Öndər Nəşriyyatı · 20047,4bin okunma
Reklam
278 syf.
10/10 puan verdi
·
18 günde okudu
Kitabı oxumağa başlayarkən motivasiya kitabı olaraq düşünmüşdüm. Olduqca yüngül bir kitab kimi. Fəqət kitab məni xoş mənada təəccübləndirdi. Dərin bilgiləri, yaşanmış hadisələr, real elmi faktlarla harmoniyada təbiət və heyvanlarla insanı əlaqələndirmək, hər şey olduqca yerində idi. Yorulmadım deyil, amma zövq aldım. Və zaman-zaman bir yerdən öz tramvalarımla da salamlaşdım. Kitabda tramvalarımızı müəyyən etmək və onlarla necı işləməyimizlə bağlı ciddi müanslar, tapşırıqlar var. İndidən oxuyacaq olanlara xoş mütaliələr arzu edirəm
Kaplanı Uyandırmak
Kaplanı UyandırmakPeter A. Levine · Butik Yayınevi · 2013638 okunma
336 syf.
10/10 puan verdi
·
18 günde okudu
İsi Məlikzadə
İsi Məlikzadə ilə tanışlığım tələbəlik illərinə təsadüf edir. "Gümüşgöl əfsanəsi" məni müəllifin nağılları xatırladan üslubu ilə tanış etdi. Onun yaratdığı personajlar öz orjinallıqları ilə diqqəti cəlb edir. Yəni ki, qəhrəmanlar sıravi insanlardır, nə çox yaraşıqlıdırlar, nə çox zəngin, nə çox ağıllı, nə də ki çox güclü. Qurban və ya zalım olub-olmamaqlarından asılı olmayaraq obrazların hiss və duyğularını olduqca canlı təsvir edən yazıçı oxucuya onları mühakimə etmə haqqı vermir. Çünki ən gözəl hakim elə həyatın özüdür:)
Seçilmiş Eserleri
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200522 okunma

Okur Takip Önerileri

Tümünü Gör
384 syf.
·
Puan vermedi
·
Beğendi
·
25 saatte okudu
Uzun zaman sonra böyük bir həyəcanla oxuduğum kitablardan biri oldu "Kaybolmuş ruhlar sarayı". Bir gecə nədir ki? Həm özünü saxlaya bilməmək, həm də irəlilədiyim hər səhifədə sona yaxınlaşmağən verdiyi hüzn. Baş qəhrəman Kitana anası tərəfindən düşmən ölkəyə ajan kimi göndərilir, böyük bir təhlükəninin içinə sürüklənir və tərk edilir. Bu, bir qədər oyuna bənzəyir, heç də hər şey planlandığı kimi getmədiyi bir oyuna. Belə baxanda həyat da bir oyun deyilmidir? Və kitablar bizi dünyadan qaçarkən onun ən sərt üzü ilə tanış edən vasitə deyilmi? İkinci serini oxumağı böyük bir həyəcanla gözləyirəm
Kaybolmuş Ruhlar Sarayı 1
Kaybolmuş Ruhlar Sarayı 1Dilara Keskin · Ephesus Yayınları · 20222,024 okunma