Bir zamanlar adamlar gözəl və ucaboy idilər, indisə cırtdan və uşaqdırlar, bu qocalmaqda olan dünyanın acınacaqlı halının əlamətlərindən biridir. Gənclər qocalardan heç nə öyrənmək istəmir, elm geriləyir, bütün dünya baş-ayaq olmuş korlar korları idarə edir və onları uçuruma sürükləyirlər, quşlar uçmağı öyrənmədən yuvadan ayrılır, eşşəklər çalır, öküzlər oynayır.