Təranə qızıma
Mənim şənim, şonbalam.
Balaca dovşan balam.
İndi kuklan neçədir?
Ceyranların necədir?
Yaxşı yeyib iç, qızım.
Gözləri sevinc qızım.
Gəzməyə get hər səhər.
Yolun boyu çiçəklər
rəng alsın yanağından,
rəng alsın dodağından.
Mənim qaragöz qızım.
Ağzı dolu söz qızım.
Öpürəm səni bərk-bərk,
nazlı, sevimli çiçək.
Zəng elə, de bu axşam
hamıya məndən salam.