Leman Abas

Leman Abas
Qürur nəğməsi
Bir tikanlı söz əgər gül qəlbinə toxunsa, yanağına göz yaşı göyərçin kimi qonsa, sənə təsəlli uzaq, sıxıntılar yaxınsa, aldanma! Gün bizimdir, Bizim həyat, sevgilim! Bu yaraşıqlı dünya, bu kainat, sevgilim! Mən şeir yazmamışam xurmayı saçlarına. Tərifin yox sənin də, ala gözlü yarına. Mən verdim ulduzları sənin ixtiyarına; bəyən, oxşa, əzizlə, sev, bizimdir, sevgilim! Bu mavi, bu ləkəsiz göy bizimdir, sevgilim!
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Həsəd
Mən heç nəyə, heç kimə həsəd aparmadım; bir gün, bir an belə; bahardan başqa; bir də, nəğməli, nəğməsiz quşlardan başqa... Gənclik getdi; apardı həvəsimdən çoxunu: qollarımın girini. Eləyə bilmədim, istəklərimin onda birini.
ÖZÜNÜ ÖYMƏZLİK
Kölgələr xəbər verir axşamın kədərindən. Şimşək çaxır, İndicə yağacaq gildir-gildir. Lermontov deyiləm mən, Şekspir də deyiləm; nə olsun ki, onlar da Rəsul Rza deyildir. 1948
Yoxluqla tanışlığım
Qınama, dostum, məni! Mən bir ayna deyiləm, durğun, duru göl kimi məhəbbətsiz, nifrətsiz sakit alam qoynuma mənə yaxın gələni. 1934
Sabahları düşünərkən
Yer üzündə olurmu hamı insan qardaşı? Kəsilirmi dünyadan "mənim", "sənin" qovğası, "bizim", "sizin" savaşı. İnsan doyumluğunca çörək varmı, su varmı? Qəfil güllə səsləri, göy yaran gurultular, körpələri yatmağa, dincəlməyə qoyarmı?