Babam müsəlman idi,
nənəm də,
uşaqlıqda mən də.
Ancaq mən,
mənasını bilmədən,
inanırdım o dünyaya,
inanırdım cənnətə, cəhənnəmə,
Allahın hər şeyə qadir olduğuna.
Bəzən unudub cənnəti, cəhənnəmi, düşünürdüm uzun gecələr;
"Nənəm cəhrəni incidir,
yoxsa Cəhrə nənəmi?!"
Cənnətə marağım çox idi.
Çünki gördüyüm həyatın
görmədiyim cənnətə bənzər
bir şeyi yox idi.
Cəhənnəm... o başqa məsələ.
Quyruqsuz şeytanları demirəm hələ.
O dünya çox düşündürürdü məni.
O qədər ki,
bəzən ölmək istəyirdim:
görüm o dünyada nələr var.
Ancaq "ölüm adamı çox incidir" deyə
məni qorxudurdu uşaqlar