Leman Abas

Leman Abas
Görürsünüzmü, bəzən əhəmiyyətsiz bir təsadüfün necə müdhiş bir nəticəsi olur.
Sayfa 56·Kitabı okudu
Reklam
Mən mütaliə etməyə, təhsilə başladım, elmdən də zəhləm getdi; şöhrət və bəxtiyarlığın heç də elmdən asılı olmadığını gördüm: çünki ən xoşbəxt adamlar avamlardır. Şöhrət isə uğurdur, onu əldə etmək üçün yalnız çevik olmaq lazımdır. Bunu bildikdə kədərləndim.
Bela
Gəncliyimin ilk günlərindən, yəni ata-anamın qəyyumluğundan çıxdığım dəqiqədən etibarən pul gücünə əldə edilən hər bir zövqdən çılğıncasına istifadə eləməyə başladım. İndi aydın işdir ki, bu zövq məni iyrəndirmişdir. Sonra yüksək cəmiyyət içərisinə atıldım və bu cəmiyyət də məni tezliklə usandırdı: kübar gözlərinə vurulur və sevinirdim, lakin onların sevgisi mənim təsəvvür və izzəti-nəfsimi yalnız qıcıqlayır; qəlbim isə bomboş qalırdı.
Sayfa 43·Kitabı okudu
Bela
Dünya üzərində belə uca yerdə olduğuma görə fərəhlənirdim: boynuma alıram ki, bu bir uşaq hissi idi, lakin cəmiyyət şəraitindən uzaqlaşıb, təbiətə yaxınlaşdıqca, bilaiixtiyar hamımız uşaq oluruq: əldə etdiyimiz şeylərin hamısı qəlbimizdən silinir, hər şey bir zamanlar olduğu və gələcəkdə bir gün olacağı kimi yenidən saflaşır.
Sayfa 35·Kitabı okudu

Leman Abas

, bir kitap okudu
Puan vermedi·290 syf.·
3 günde okudu
·
Okunma: 16 Kasım 2024 00:00
·
2024 12. kitabı
Aleyna Hirik
9.5/10 · 47 okunma
Reklam