Baxıb "Həyatı belə yaşamaq olarmı?" dediyiniz, küskün,ruhsuzlaşmış,duyğusuzlaşmış, söylədiklərində şübhə,hərəkətlərində yanlış axtardığınız,özünü təcrid etmiş və ya təcrid etdiyiniz insanlar çoxdurmu? Sayını dəqiq deyə bilməsəm də,onların az olduğuna əmin deyiləm.Əsrləri müqayisə edəndə yaranan bənzərliklərdən biri də bax budur.Cəmiyyətin hər hansı bir tərəfində olduqlarını düşündüyümüz,əslində isə mərkəzdə dayanan və bizə ayna olan Peçorinlər...Biz bu insanların son versiyasını görürük,reaksiya veririk,tənqid edib rəy bildiririk,uzaqlaşmağa çalışırıq .Onları bu hala gətirən yanaşma,düşüncə,münasibətlər görməzdən gəlinə biləcək qədər qaranlıqdadır? Görünür bu qaranlıq fərdi psixologiya və kütlə psixologiyasının qarşılıqlı təsirinin nəticəsi olan insanların formalaşmasının səbəbi olmağa davam edəcək.Amma hər birimiz o qaranlığın böyüməsində müəyyən təsir göstəririk.Sonda ziddiyyətli zəmanə qəhrəmanları meydana çıxır və "axı necə oldu?" deyib təsəllilərlə yaşamağa davam edirik.