Səni tanımaqdan doğan vüqarımı azalda bilməyəcəksən və həmişə mübhəm bir surətdə, axmaqcasına, sevə-sevə xatirələrimdə yaşayacaqsan. Tarixə kino ulduzunun arvadı kimi deyil, başqa adla düşmək üçün yeganə fürsətimsən.
Kimsə öləndə “dəyərli və sözlə ifadə oluna bilməyən” şeylər də həmişəlik yox olur, xatirələr insanlarla birlikdə yox olur. Hər ölü silinmiş şeylərin yığınıdır.
Sənə bütün ömrüm boyu məktub yazacağam, kitablarım çap olunanda hamı cildin üzərindəki “roman” sözünü görüb, onu əsər zənn edəcək, lakin təkcə sən onların sənə ünvanlanmış məktub olduğunu başa düşəcəksən.