Allah da şahiddir ki, biz insanlar, göz yaşlarımıza görə heç vaxt utanmamalıyıq, çünki axıtdığımız bu yaşlar içi pis niyətlərlə dolan qəlbimizin üzərindəki tozu yuyub-aparan, onları saflaşdıran nurlu yağış damcılarıdır. Ağladıqdan sonra mən də yaxşı insan olmuşdum: nankorluğundan daha dərin peşmanlıq duyan mülayim bir insana çevrilmişdim.
Siz ya orta müdiriyyətin həyat tərzinə öyrəşməlisiniz, ya da dəlixanaya düşməlisiniz. Psixiatriya xəstəxanası 1951-ci ildən etibarən kapitalist sistemdə azadfikirli insanların məskəninə çevrilir.
2014-cü ilin gəncliyi faciəvi seçimin dərdini çəkir. O, dağıntı qıtlığı yaşayır. Ötən nəsillər ona ağır borclar, kütləvi işsizlik və zibillənmiş planet miras qoyub. Ekzistensialist kədər, boşluq hissi, qlobal frasturasiya nihilizm adlı qorxunc arzunu qidalandırır. Gənclər nəyəsə yararlı olmaq, ideal uğrunda döyüşmək, öz düşərgəsini seçmək, həyatını təhlükəyə atıb qəhrəmana çevrilmək istəyirlər.
Əsl məhəbbət həyatın yetişmiş meyvəsidir. On səkkiz yaşında bunu dadmırsan, sadəcə təsəvvür edirsən. Təbiətdə meyvə dəyəndə yarpaqlar tökülür; bəlkə insan təbiəti də buna bənzəyir.