Dünya insanlardan şeir, roman, tarix yazmalarını tələb etmir, bunlara ehtiyacı yoxdur. Floberin düzgün sözü tapıb - tapmamağı, yaxud Karleylin hansısa faktı təsdiqləyib - təsdiqləməməsi onun vecinə deyil. Təbii olaraq, istəmədiyi şeyin əvəzini də ödəmir.
Qadınlar əsrlər boyu kişiləri olduqlarından iki dəfə böyük göstərən sehirli və möhtəşəm gücə sahib güzgü rolunu oynayıb…..Müasir cəmiyyətlərdə hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq, aynalar bütün zorakılıq və qəhrəmanlıq hərəkətləri üçün vacibdir. Buna görə də Napoleonla Mussolini qadınların zəif olmasını israrla vurğulayırdı. Əgər qadınlar aşağda olmasaydı, özlərini yüksəldə bilməzdilər.