Bunu çoxlarına
danışdığıma özüm də peşmanam. Bircə onu bilirəm ki, burada haqqında
danışdığım bütün adamlar üçün indi möhkəm darıxıram. Məsələn, lap elə
Stredleyter, Ekli üçün. Hətta, mən deyərdim, lap elə o zırrama Morris üçün də.
Qəribə işdir. Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə
danışmayın.Yoxsa, sonra siz də mənim kimi o, adamlar üçün darıxacaqsınız.