De kimə lazımdır, nəyə gərəkdir,
Dostların könlünə yatmayan şeir?!
Sözlərinin ruhunu qanadlandırıb,
Ömrünün ağlına batmayan şeir.
Yayın dağ ətrini, dəniz ətrini,
Qızılgül, tülpan, nərgiz ətrini,
Yaşarmı gülünün təmiz ətrini,
Göylərin ətrinə qatmayan şeir?!
Yaxında alışıb, uzaqda yansın,
Tüstüdə boğulub, ocaqda yansın,
Kitabda alışıb, varaqda yansın,
Bu evdən o evə çatmayan şeir.
Axı kimin nəyinə lazımdır........