Yazmaq! Necede sakitlik gətirir ruhumuza. Düşüncələrdən artıq bir fayda görmədiyimizi anlayanda artıq vaxt israfı oldugu qənaətinə gelirsiz. Bu nöqtədən sonra düşünmək yox oxumaq üçün vaxt ayırırsan və ruhun sakitlik tapır sətirlərdə. Gözlərin gördüyü qulaqların eşitdiyi, bir sözlə hiss etdiyimiz varlıqlara qarşı sevgi duyuruq. Duyğularınızı isə qısa olaraq müxtəlif formada yaza yaxud dilə gətirə bilərik. Misal şeirlərlə. Bildiyimiz kimi həyat şeirlərlə məhdudlasmayacaq qədər böyükdür. Elə həyat yaşamaq lazımdır ki, hayatınız romanda cümlələr olsa vərəqlər boş qalmasın. Bir kiçik insanın (hələ həyatı qabaqdadır) yaşlı bilgə adamdan soruşur ki, necə yaşamalıyam? Əslində gözəl sualdır. İllərini səhvlər edib vaxt itirmədən gözəl yaşamağı öyrənmək. Təbii ki, bilgə cavab verir: həyatda hər zaman ən gözəlini arzulamaqla və ən yüksəkdə yaşamaq istəyiylə yaşamaq sadəcə sənin xoşbəxt olmaq hədəfindir. Ne vaxtsa çatacam və yaşayacam. Amma illər dayanmır və insan bir hədəflə kifayətlənmir. Daima harasa qaçmağa nəsə qazanmağa çalışır. Yaşamaq isə yaddan çıxır axı vaxt öz axarındadır. Ona görə də həyatda kiçik və gözəl bir şeylərlə xoşbəxt olmağı bacarmalısan. Yəni ki, bir günlük maaşınla da bir axşam yeməyi yeyə bilərsən bir aylıq maaşınlada..... MusaTürk.