Musa Yusifzade

Musa Yusifzade
Baku
31 Temmuz 2001
47 okur puanı
Mart 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap

Musa Yusifzade

, bir kitap okudu
Puan vermedi·280 syf.·
26 günde okudu
·
Okunma: 22 Haziran 2024 12:32
·
2024 13. kitabı
Ramiz Rövşən
7.5/10 · 76 okunma
Reklam
10/10
·779 syf.··
2024 8. kitabı
·
49 günde okudu
·
Okunma: 01 Nisan 2024 00:09
Budala'nı niyə oxudum? Mən bu kitabın adını ilk dəfə 18 yaşımda eşitmişdim. O zaman kitablardan çox danışırdım və dinləyənlərdən birinin "İdiotu oxumusan" sualını verməsi məni çox zavallı bir vəziyyətə salmışdı. Hətta dinləyən (rusdilli idi, onun deyəsən, xəbəri yox idi ki, elə bizim dildə də, kitabın adı İdiotdur.) "Budalanı deyirəm" deyib düzəltmişdi guya.  Sanki o da, inana bilmirdi ki, necə oxumamışam o kitabı. Bir müddət bu məsələ məni narahat etsə də, sonra unutdum. Bu kitabı da, beləcə illərlə oxumadım. Bu ilə qismət imiş. Budala deyəndə mənim gözümdə saf, insansevər, hər cür iyrənc əməldən uzaq İsa peyğəmbər gözümdə canlanır. Bu mənim artıq Budala deyə son müraciətim olacaq, onu öz adıyla, Mışkin deyə ifadə edəcəm, çünki özü də, Budala sözündən heç xoşlanmır. Mışkin bir gün, xəstəliyi sağalmayınca İsveçrədən Rusiyaya qayıdır. O burada eyni soydan gələn Lizaveta Prokofyevnanın evini ziyarət edir. Bir-birinin ardınca maraqlı hadisələr bundan sonra başlayır. Bəzi yerlərdə Mışkin oxucuya İsveçrədəki yaşadığı torpağa aparıb miskin həyatını göstərir. Bu əsərdə də, Dostoyevskinin digər əsərlərində olduğu kimi epilepsiya xəstəsi var. Karamazov qardaşlarında olduğu kimi güclü qadın obrazı var. Güclü sözünü bir az açmaq istəyirəm. Nastasya Filippovna əslində kitabsevər, empatiya qurmağı bacaran, humanist biridir. Lakin ictimaiyyətə o, alaycı, sayğısız, çirkin tərəfini göstərir. Bu da, əslində, bəlkə də, Filippovnanın yaşamaq üçün o cür davranmalı olduğunu düşünməsindən irəli gəlir. Təbii ki, onun özünü artıq sayğısız biri kimi tanıtmasının da, böyük əhəmiyyəti var. Artıq o, istəsə belə, şərəfli bir insana çevrilə bilməyəcək. Kitabda ən çox xoşuma gələn obraz Gavrila obrazı oldu. Həyatında indiyə qədər heç bir şey etmədiyinə görə, əlindən gələni edirdi ki, (hətta buna
BudalaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 201231,5bin okunma
Yaşamaq da, bir işdir
Yaşamaq da, bir işdir Hər gün nəfəs alıb-vermək Yeyib-içmək Sevişmək Ölüm bekarçılıqdır Nə bir kəsi axtarırsan Nə səni axtaran var... Yaşamaq da, bir işdir Özü də, pis iş deyil Canında tab Ağzında tam varsa, Yeməyə kabab İçməyə şərab Sevməyə adam varsa...
Puan vermedi·192 syf.··
2024 12. kitabı
·
3 günde okudu
·
Okunma: 09 Haziran 2024 11:09
Müasir Azərbaycan ədəbiyyatına aid əsərləri niyə oxuyaq? Bu sual əvvəllər məni elə də, narahat etməsə də, son zamanlar ağlımdan çıxmayan suallardan biridir. Bir tərəfdən müasir Azərbaycan ədəbiyyatından çox kitab oxumadığım üçün özümə bu cür təsəlli verirdim. Axı Dostoyevski, Tostoy, Qoqol, Jül Vern, Emily Bronte kimi dünya ədəbiyyatının nəhənglərinin əsərlərini oxuyaraq, daha dərin fikirlərlə tanış olmaq və ədəbiyyat aclığını şah əsərləri ilə doyumunu təmin etmək haradasa daha məntiqli görünürdü. Mən də, əksər "elit oxucular" kimi öz millətimin yazıçısını bəyənmirdim. Lakin bu bəyənməmə qərarı rasional şəkildə verilməmişdi. Sadəcə axmaq bir önyarğı və üzərində düşünülməmiş, unudulmuş qərardan ibarət idi. Məsələyə obyektiv yanaşmağa çalışsaq, Azərbaycan ədəbiyyatının da, xüsusilə müasir Azərbaycan ədəbiyyatının inkişafı, keyfiyyəti üçün bir ümid var. Bu ümidi şübhə müşayiət edir. Bir şeydən əmin olmaq üçün isə onu tanımalısan. Ona görə də, mütaliəmə müasir Azərbaycan ədəbiyyatına aid kitablara yer ayırmışam. Bunlardan biri də, bugün bitirdiyim Quberniya kitabıdır. Əsər Azərbaycanın Rusiya tərəfindən işğalından bəhs edən antiutopik povestdir. Əgər siyasətlə maraqlanan birisinizsə, 1984 tipli əsərləri bəyənirsinizsə, bunu da, sınamağa dəyər. Əsərdə bəzi ümumi məsələləri qeyd eymək istəyirəm. Bəzi məqamlarda hadisələrin motivi çox  məntiqli deyildi. Birini deməklə kifayətlənəcəm. Misal üçün, dindarların hamısının sorğulamadan insanları döyməyə, öldürməyə getmələri mənə görə real bir şey ola bilməz. Yəni ən azı bir nəfər bunu sorğulamalı idi. Düşünülə bilər ki, bu antiutopik əsərdir, burada hər şey ola bilər. Xeyr, hadisələrin motivi məntiqli olmalıdır. Real həyatda əgər belə bir şey olsa necə olar sualını yazıçı həmişə özünə verməlidir. Bir də, insanlar bu qədər ancaq
Quberniyaİlkin Rüstəmzadə · Qanun Nəşriyyatı · 017 okunma