Budala'nı niyə oxudum? Mən bu kitabın adını ilk dəfə 18 yaşımda eşitmişdim. O zaman kitablardan çox danışırdım və dinləyənlərdən birinin "İdiotu oxumusan" sualını verməsi məni çox zavallı bir vəziyyətə salmışdı. Hətta dinləyən (rusdilli idi, onun deyəsən, xəbəri yox idi ki, elə bizim dildə də, kitabın adı İdiotdur.) "Budalanı deyirəm" deyib düzəltmişdi guya. Sanki o da, inana bilmirdi ki, necə oxumamışam o kitabı. Bir müddət bu məsələ məni narahat etsə də, sonra unutdum. Bu kitabı da, beləcə illərlə oxumadım. Bu ilə qismət imiş.
Budala deyəndə mənim gözümdə saf, insansevər, hər cür iyrənc əməldən uzaq İsa peyğəmbər gözümdə canlanır. Bu mənim artıq Budala deyə son müraciətim olacaq, onu öz adıyla, Mışkin deyə ifadə edəcəm, çünki özü də, Budala sözündən heç xoşlanmır. Mışkin bir gün, xəstəliyi sağalmayınca İsveçrədən Rusiyaya qayıdır. O burada eyni soydan gələn Lizaveta Prokofyevnanın evini ziyarət edir. Bir-birinin ardınca maraqlı hadisələr bundan sonra başlayır. Bəzi yerlərdə Mışkin oxucuya İsveçrədəki yaşadığı torpağa aparıb miskin həyatını göstərir. Bu əsərdə də, Dostoyevskinin digər əsərlərində olduğu kimi epilepsiya xəstəsi var. Karamazov qardaşlarında olduğu kimi güclü qadın obrazı var. Güclü sözünü bir az açmaq istəyirəm. Nastasya Filippovna əslində kitabsevər, empatiya qurmağı bacaran, humanist biridir. Lakin ictimaiyyətə o, alaycı, sayğısız, çirkin tərəfini göstərir. Bu da, əslində, bəlkə də, Filippovnanın yaşamaq üçün o cür davranmalı olduğunu düşünməsindən irəli gəlir. Təbii ki, onun özünü artıq sayğısız biri kimi tanıtmasının da, böyük əhəmiyyəti var. Artıq o, istəsə belə, şərəfli bir insana çevrilə bilməyəcək.
Kitabda ən çox xoşuma gələn obraz Gavrila obrazı oldu. Həyatında indiyə qədər heç bir şey etmədiyinə görə, əlindən gələni edirdi ki, (hətta buna