Eşq və sevgi. Eyni işlədilən amma fərqli mehvumlar. İnsanın cövhəri sevgidən yoğrulub. Hər insanın mayasında sevgi vardır. Biri yarı sevir , biri yaradani , biri ana, atayi biri övladı, biri pulu , biri də özünü. Fəqət eşq daha ülvi bir hissdir. Bu hər insanda bulunmaz. Çünki aşıq sevende ayrı ayrı baxmaz sevdiyinə onu tam sevər. Məsəl gülü sevən tikanına da dözər. Yeni aşiq hətta sevdiyindən gələn acını da şərbət deyib içər.
Nədir eşq?
Eşq əriyə-əriyə yox olmaqdır.Fəqət bu yox oluş başqalarına bənzəməz. Bu yox olmaq var olmağın özüdür. Allah belə əbədi dirilik üçün bizi əvvəl yaradır, sonra öldürür və yenə özümüzdən cucərdir . İnsanında eşq haləti belə olur. Əvvəlcə sevgi olur bu ilk doğuluşdu. Sonra insan gərək sevdiyində yox ola. Bu yox oluşdan onu təkrar dirildən isə eşqdir. İnsanın məni ona bir libasdır. Aşiq kimsə isə öz mənini soyunur, çılpaqlaşır. Və libasın altında olanı yəni Məndə gizli olan səni tapır və bu ikisini Biz deyib tək can edir.
Bu hal Mənsur Həllacin halına bənzər. Onu vaxtı ilə heç anlamamışlar. Aşiqin halından ancaq aşiq anlar. O Mensur ki özünü öldürmüşdü ondan geriyə bir şey qalmamişdi. O teslim olmuşdu eşqə. O Allaha aşiq idi. Çıxarmışdı Mensur libasını. Olmuşdu Allah. Demişdi Ən El Haqq. Axı o indi gerçəkdən Mənsur Hellac diri-diri yandırmış Yaradana dönmüşdü.
Bu birazda Leyli Mecnun halına bənzəyir. Leyli öldü deyəndə Mecnun yox Leyli ölməyib mənəm Leyli demişdi. Çünki ondada artıq Qeys qalmamışdı o Qızğın səhəranin çöllerin də Qeysi yandırıb yox etmişdi. O dönüb Leyli olmuşdu. Qiraqdan baxanlar onun bu halına Mecnun demişdilər. Axı eşqden anlamayan üçün bu çılğınlıq, dəlilikdir.
Yenə həmin Leyli Mecnuna gəlib qovuşmaq istəyəndə Mecnun ona Sən o Leyli deyilsen demişdi. Buda eşq və sevginin fərqini göstərən bir əlamatdir. Çünki insan