Karusel.
Sabah yenə səhərin yeli,dənizin havası və ölü bədənlər. Qarşıdan biri keçir,deyəsən sağdır hələ çöp eşələyə bilir. Ümidlə bir dilim çörək arayışında. Ölsəydi qoxusunu duyardı dayandığı zibilliyin.Buda nə yenə bir bina qapısı yox. İçəri də insanlar.Pəncərə yox səsləri gəlir.Bacasına dırmaşanlar duymurmu bu iniltini.
Ruhum yorğun oturmaq istədim biraz yerdə. Bir də baxdım iki yanım da qonşularım. Biri ilan biri əqrəb mən ortada qalmışam ara kəsmə. Saatıma baxdım budur zamandır. Saat on iki, bitdi sehir. Off yox indi yenə oyanmaqlıyam zəng çalır yenə oyanmalıyam səhərə. Çıxmalıyam şəhərə . Şəhər daha əvvəl ki deyil. Hər yer ət bazarı nə acmış müsəlman ətə. Mənə ruh lazım biri soyunsun bədənini.
İçəri şəhərdə bir piyano çalır oğlan. Gözlərin də gördüyüm nədir yabancı? Niyə tanış gəlir bu sima. Sonra baxdım sağ soluma hamı bir-birinin eynisi. Hamsında eyni hüzün qəm kədər.Uzaq da bir pult idarə edir onları. Hamı eyni səmtə gedir qərb deyib səcdə edərək. Onların Allahları unutmuş digər cəhətləri.
Peşman oldum oyanmağa hardadır gecə. Sömürmə ruhumu repçi. Çalma mahnı ruhum onsuz əzabda. Maraqsızdı sözlərin. Mən duymuramsa. Maraqsızdı adın sonda soyadım yoxsa. Maraqsız saçların mən sığal çəkmirəmsə.
Yenə eyni yalan budur gəldi biri adına insan deyib. Baxdıqca içinə yenə bir şeytan çaxdı içindən. Hardadı insanlar tapa bilmirəm.Harda tapım pula satılmamış vicdan. Neçə manatdır qiyməti məndə insan alım.Yalançımı mavinin rəngi?
Neçə il öləcəm daha. Mən istərəm evimi. İstərəm geyinmək bəyaz. Hardadır mənim qatilim? Arama qatil adın qadınsa. Gözlərin baxmağa deyil qadın, onlar şeyir süfrələrinə məzə. Sus qadın dilin danışmaq üçün deyil fəryad et deyədir. Yoxsa cəlladın zövq almaz sənin ölümündən. Qadın oturma,durma, qadın etmə. Sən oyuncaqsan iplərin birinin əlində. Hara