Həmişə həyatımın məni oyuncaq kimi oynadığını zənn edirdim. Sanki o bir uşaq idi. Məni hər oyunun da fərqli bir obraza salırdı. Həmişə o tək rolun həvəsində yol tutmuşam . Amma döngələr nədənsə məndən əl çəkməyib. Nə bilmək olar bəlkədə hər yolun sonu eyni yerə çıxır yada yollar sonsuzdur.Yeriməmək kimi bir şansım varmı? Yəni olduğum yerdə qalmaq kimi? Yoxsa hamı istəmsizcə hərəkət edir öz oxu ətrafında. Xəyallar, istəklər , arzular , ümid, bəzən ümidsizlik baş qaldırır ruhumda. Mən qaçmaq istiyirəm hər halda keçmişdən amma o hər dəfə fərqli rollarda lənət kimi yenə təkrarlanır. Bəlkədə səbəb mənim bu karmadan çıxmaq üçün cəhd etməməyimdir ya da bəlkə qismətdə var.
Çoxdandı öldüyümü hiss edirdim. Yəni ruhumhun. Ruh və bədən bir yerdə olmalıdır deyirdim. Bədənimi ruhuma qovuşdurmaq istiyirdim. Amma bugün fərqli bir şey hiss etdim... Bəlkə də səhvim burda idi. Bədənimi ruhuma deyil ruhumu bədənimə qovuşdurmalıyam. Bədənimi öldürməli deyil , ruhumu diriltməliyəm. Amma necə? Harda ? Nə vaxt?
Ruhu öldürən bir qəlpə yarası ola bilməz. Onu kiçik yaralar az- az öldürür. Hamı etdiyinin kiçik olduğunu düşünür. Atalarsa fərqli deyib... Dama-dama göl olar. Budur kiçik bir yara yavaş yavaş ruhumu öldürməyə başlamışdı. Solmuşdu çiçəklərim , tökülmüşdü yarpaqları , səhra olmuşdu yaşıllığım.
Amma yenə ümid vardı içimdə. Səhra çiçəyi kimi. İstiyirdim cənnət təki ruh oxşayım. İstəyirdim dirilim. Bilmirəm nədən batıb günəşim. Nədən güzgü deyil ayım mənə. Nədən gülmür bəxtim. Bəlkə bəxtim körpədir hələ ağlıyır istəkləri üçün. Nə vaxt böyüyəcək bilmirəm. Kim böyüdəcək... Sadəcə tək bir şey bilirəm birgün oda , oda məndən üz döndərəcək.