Qızıl qələm.
Sətirlər yazılır hər an mənim ömür kitabıma. Səbirliyəm - gözləyirəm son nöqtəni kim udacaq , kim yanacaq . Sel kimi ol ümidlərim qəm qüssəni sil , təmizlə sən ruhumdan. Sadiq olmasın nifrətə o gələndə qapın örtsün qoy üzünə bu sevgyə tapan ömrüm. Sədəqəmdir yaşadığım hər günüm , hər anım , hər saatım. Səfa deyil cəfa ilə qazanılıb bu sərvətim , göyə qalxan siyah qəsrim. Sənətkarım nurdandı bəs nədən torpaq bilib mənim cövhərimi ? Səbəbsiz deyil xaliqin nə əkdiyi, nə piçdiyi alınımdakı boş tarlada. Sanmıram ki çiçək aça pisliklərə o becərən cücərtidən. Saymağa başlasam birdən sevincimi kədərimi fələk çarxı tərs dönəmi?
Savaşdan qalib çıxana hədiyyə mərdlikden gələ.Salam sözü bir quş kimi qanad çalıb zəfər tacı adın alıb dik duruşa süs qatmazmı?
Saçlarımı qar örtübdür. Səssiz - səssiz vicdanıma tor hörübdür. Sarmalanıb boğazıma imkan verməz nəfəs alım yastığıma baş qoyanda. Sirdaş olub , yoldaş olub sarmaş dolaş yaşayır lap ilan olub çalar məni sənsizliyim.
Sevgidə hörmətə möhtacdır borcda olsa tapmaq gərək. Sevgi qarşılıqsız olur hörmət üstə bənd alarsa . Sərxoş olur , uşaq olur doğrulara sevən könülüm . Saralır ağacda yarpaq qapayanda gözlərimi yardan vəfa görməyəndə. Sədaqətdir sevgidə möhür. Sevgisində sadiq deyilsə bir nəfər, çıxar onu bir dəfəlik qəlb adında zinetindən.
Sən ucalmaq istərmisən ? Savablardan köşkün olsun , huzur dolu dünyan olsun dilərmisən? Sayılı gün tez keçərmiş elə deyir müdrikliyə baş qoyanlar . Sultan olmaq istəyən öz ömür -gün diyarına gərək əvvəl sahib çıxa sayılacaq günlərinə. Silinərsə soy keçmişin gərək səni qurtlar qapa , parçalaya. Sahib çıxmayan tarixə unudular , sındırılar qol qanadı.
Səhər sərçə nəğmə qoşmasa günümə, gözüm açılmaz günəşin parlaq , nurlu şefəqinə. Sevgi sazı , sözü olar qızıl sərçənin. Sübh çağında