Hər gün baxdığım bir simaydı görkəmi. Açığı alışmıdım tutarsızlıqlarına . Bəzən kiçik bir uşaq kimi həyəcan vardı cizgilərin də hərdən də yorğunluqla doldururdu onları. Hamı tək şey görürdü onun yaşa dolmuş simasında . Deyəsən o özüdə yaşlılığının dərdin də idi. Hardan bilim bəlkə də oda mənim kimi görə bilirdi nə qədər təravətli olduğunu.
Kitab kimi vərəqləmək xoşuma gəlirdi onu. Hər səhnəsində fərqli bir hekayəyə tanıq olurdum. Elə özü də hər danışanda eyni həyacanla davam edirdi söhbətə. Bəzən eyni şeyləri danışsa da mən yenə ilk dəfə duymuş kimi qulaq asırdım. Əslində daha çox bunları danışanda o nağıl dünyasına dalması mənim xoşum gəlirdi.
Birdə nəsə qərarsızdı . Mən sevirəm deyəmi belə idi? Yoxsa elə ruhunda kök salmışdı əvvəldən bu sirli oluşu. Ya da bəlkə mən anlaya bilmirdim onu. Bilmirəm yəqin ki belə yarı anlar yarı anlaşmaz halda günləri ötürürdük.
Mən əslində təkliyimə vurğundum amma çoxda pis deyil hərdən onla cüt olmaq. Özümmü ona bənzəyirəm ya da o mənəmi bənzəyir ? Seçmək çətindir. Yəqin bu lap əldə olan barmaqlar kimidir. Onlar əlbəttə fərqlidir amma duyulan acılar birdi həmdə bir- birinə möhtac oluşlarıda. Yenə də bıçaq kəsmədən bir barmağı elə bilirsən ayrı – ayrı şeylərdi. Onla məndə beləyik. Hər halda bizi bıçaq kəsmirdi. Amma ara sıra söhbətlərimizin itliyi bıçağı kəçdiyindən qəlbə yaxınlaşdıran da acı verirdi. Bu acı duyğusu bir yana həmdə qəribə bir sükut çökürdü içimə. Əslində çox şey etmək vardı niyyətim də amma o gözlərini tək bir şeyə dimişdi deyəsən ümidlərimə. Hə ümidlərim vardı amma o bunları tək görürdü. Yəqin bilişindəndi hansının son nöqtəsi ona varır.
Məndə o qədər adil deyildim. Qərarsızdım qərarsızlığına qarşı. Uzaqlığına qarşı uzaq , yaxınlığına qarşı yaxın idim. Məqsəd onla yarışmaq deyildi . Bu bizim üçün bir ritim idi
Dünyam səndən fərqlidir. Açığı çox da inanmıram fərqliliklərə amma eyni şeylər də görmək olmur. Məncə daha adil olacaqdır demək ki bərabər deyik heç nə heç nəyə amma ziddə deyil bir nəfər min nəfərə.
Nədənsə sevirdim ara- ara göy üzünə baxmağa. Hər nə qədər dəniz mənzərəsi məni valeh etsədə son zamanlar göy üzü daha cazib gəlir. Səhər - səhər günəş doğarkən aldığı mənzərə xeyli sehirli görünürdü gözlərimə. Sanki bir rəssam uşaqlıqla rəngləri bir - birinə keçirmişdi. Düzdür deyillər ən yaxşı rəssam təbiətdir amma bu ayrı bir uşaqlıq idi sanki. Təbiətin rəsmin də bir aheng , tarazlıq vardı. Burda isə qarışmışdı rənglər biri digərinə. Sanki göy üzü ac idi rəngə bir anda hamsına can atırdı. Bilirəm ya bəlkə günəşin doğuşu rənglərə idi.
Düzü göy üzü gecələr daha da cəzb edici olur. Hər halda gecələr başımı yastığa qoyub gördüyüm yuxulardan yada narahatlıq və intizardan gözümə yuxu gəlməyən saatlardan daha artıq idi. Arada yan qonşunun söhbətlərini dinləmək də ayrı bir zövq verir. Deyəsən hərgün dalaşmalarına alışmışam artıq. Bəzən də günah gəlir qulaqlarımın bunlara şahid olması axı böyüklər nəsihət edib qulaqlara sahib çıxmaq gərək. Amma hər halda eyni böyüklər divarlarında qulaqları olduğunu deyib. Bəs nədən bu qulaqların varlığını görməyən insanlar günahkar olmasında gecənin yamanlığına qulaq asan qulağım vəfasız olsun.
Çoxda danışmaq olmaz deyəsən ən yaxşısı günaha ortaq olmamaqdı . Açıb sevimli mahnılarımı ayın simasında onu simasına dala - dala biraz dünyadan uzaqlaşmaqdır.
Gecənin soyuq nəfəsindən sonra göz yaşlarımdan islanmış balıncımla üzləşmək vaxtı gəlir. Onsuz da sabah açıldısa taxmalısan öz maskanı başqa bir yolda sunulmur. Bilmirsən hansı cildə girəsən cildsizlerin içindəki səni özündən bilib parçalamasın. Yaxşısı qəddar görkəm almaqdır. Onsuzda onlar