Yazmaq ustalıq istər. Sözdən cümlə qurmaq da ev tikməyə bənzər. Gərək təməli möhkəm olaki onun yıxılmaya. Sözdə bir dünyadı , bu dünya da ev tikənin adı şahlar kimi , qəhramanlar kimi əbədiyyət qazanar. Bu dünyadan çoxları gəlib çoxları keçdi. Kimi öz acısından yuva qurub məskən saldı , kimi sevgisini köçürdü vərəqə. Kiminin ruhu körpə uşağa bənzərdi , kiminin ruhu ululardan uludur. Gərək yazanın qələmi iti ola. Vurduğunu kəsə . Sözü kəsərli ola . Nəyi kəsə , niyə kəsə bilməm amma gərək vərəqə çatanda quş tükünə dönə . Uça göylərə çata pərilərə ala ilhamını gətirə tökə vərəqə. Ağ vərəq bulana pərinin ruhuna. Sonra vərəq başqa vərəqə calana -calana bir körpü ola. Qiyamət körpüsü kimi . Sorğu sualı keçməyən , əməli saleh olmayıbda küfrə yatan , yaradanı - qələm tutanı unudubda inə- cinə pənah aparana olmaya.
Hamı sözdən dəm vurar . Söz vurar dastan yazar.Dünyanın bu başından başlar o başına çıxar. O başdan bu başa kim qayıda kim qala...
Sözün acısı var şirini var , dadlısı var dadsızı var . Hər söz yazarının büstüdür , güzgüsüdür. Deyir seyret mənzərəmi . Gərək baxan gözdə gözəl ola. Kimi dağa baxar vüqarlanar , bir kimsədə baxar içini paxıllıq adlı ilan çalar. Duymaq ruha bağlıdı sözlərdə ordan gəlir. Gəliş yeri ruhdu gediş yeri ruhsuz olmasın gərək. Yolun tapmaq asan deyil. Yol göstərən arif olsun , müdrik olsun gərək. Yol həmişə düz getməz . Birdə baxarsan budu seçmək gərək. Sağa gedəsən ya sola. Allah deyib sağ mələyə savablardan səltənət qur , sol mələyin işi isə günahlardan dağ qurmaqdı ya da təpə . Çiyin sahibi saleh isə onda sol mələyin qələmi koşalar. Yolun sağına da getmək olar , lap hərdən soluna da əvvəl axır yazını mələk yazır. Vay o kimsənin halına arxaya boylanır. Bu yolun yazanıda quranıda şeytan olur. Yaradılışın qanunu belədi keçmişə dönənin gələcəyi