Naibə Misirova

Naibə Misirova
@N2005
İctimai səhiyyə
8 okur puanı
Ekim 2024 tarihinde katıldı
8/10
·320 syf.··
2026 15. kitabı
Ayçiçək həyatda hər cür çətinliklə qarşılaşır. Ancaq bu çətinliklərlə mübarizə aparanda yanında kimsə olmur. O hər zaman başın gələnlərdə özünü günahlandırır və bu səbəbdən insanlardan özünün təcrid etməyi seçir. Hətta bu,özünə intihar etməyə qədər aparır. Onu intiharın kənarından bir şey xilas edir,o da özünə başqalarının deyil, öz gözlərilə baxması. Biz həyatda saysız-hesabsız çətinliklərlə qarşılaşırıq. Bunların hər birində ətrafdakılar bizim həyatımıza müdaxilə edə ,öz rəylərini bildirə bilərlər. Biz onları dinləməli,ancaq öz bildiyimiz doğrularla hərəkət etməliyik. Sonunda Ayçiçəkdə bunu etdi. Öz istəklərinin,arzularının ardınca getdi. Həyat enişli-yoxuşlu yollardan ibarətdir. Bu həyatın qanunudur. Bu enişli-yoxuşlu yolları keçib,irəli doğru addımlamalıyıq. Bu çətinliklərlə üzləşməliyik.
Duygu ve Düşünce
XilaskarNərmin Həsənli · Qanun Nəşriyyatı · 20248 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
"Anam üçün " kitabı haqda fikirlərim
Puan vermedi·196 syf.··
2026 6. kitabı
Bu kitabı yeni bitirdim və hələ də təsirindəyəm. İnsan verdiyi sözü poza bilərmi, hələ ki o sözü çox sevdiyi ölü olan anasına , inandığı Allaha veribsə? Binyamində pozmadı . Ancaq o ,verdiyi sözü yerinə yetirmək uğruna qəlbindəki hisslərdən,sevdiyindən vaz keçdi. Qəlbindəki sevgiylə yaşayıb ,gündən günə özünə zülm edəcək. Həm də Binyamini sevən qız da yenicə həyata tutunmağa başlamış yenə xəyalları alt-üst olacaq. Mən düşünürəm ki, Binyamin bu verdiyi sözdən geri dönüb yeni bir başlanğıc ata bilərdi. Bilirəm ki ,qəlblərdəkini bilən Allah bəndəsinin özünə zülm etməsini istəməz. Mərhəmətli və Bağışlayan Allahın bunu da bağışlayacağına əminəm. Binyamin sözünü tutmamamağın kişi olmaması ilə əsaslandırır. Məncə kişilik birinin sözünün üstündə durub durmamağı ilə deyil, davranışı,hərəkəti ilə ölçülür.
Duygu ve Düşünce
Anam Üçünİlqar Kamil · Parlaq İmzalar · 202346 okunma