İnsan normal halda həyatının əhəmiyyətli dərəcədə böyük hissəsini həyat yoldaşı ilə keçirir, ömrünü onunla başa vurur. Deməli, subaylıqdan sonrakı uzun həyatımızın necə keçəcəyi özümüzə kimi həyat yoldaşı seçəcəyimizdən birbaşa aslıdır.
Hər bir qızın həyatda gördüyü, yaxın ünsiyyətdə olduğu ilk əks cins nümayəndəsi atası olur axı. Böyüyənə kimi atasının mehriban, nəvazişli rəftarından,isti qucağının təmasından doymalıdır ki, qarşısına çıxan ilk erkəyin bircə nəvazişli baxışı və ya sözü onu dərhal yoldan çıxarmasın.