Qalxıb Şah dağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm,nacins deyirəm
Öz ana dilini bilməyənlərə!
Beyninə girmədi,ana öyüdü,
Əsilsiz yaşayıb o küt böyüdü,
Görüm haram olsun ananın südü
Öz ana dilini bilməyənlərə!
Tanrı səni yaratdı, bir də çətin yarada,
Sən qurtuluş istədin, qanlar axdı arada.
Beşiyin Bakıdadır, məzarın Ankarada,
Sənin Vətəndən özgə kimin var, kimin, kişi! 💫137💫