Necibe Hesenli

Necibe Hesenli
Müəllimə
BSP
Azərbaycan, Bakı
Bakı
155 okur puanı
Nisan 2020 tarihinde katıldı
7/10
·208 syf.··
2020 43. kitabı
·
10 günde okudu
·
Okunma: 23 Kasım 2020 17:33
Bir insan üçün ən çətin şey insan olaraq qalmaqdır. Bu cumlə Ç.Aytmatovun vəsiyyətinə əsasən onun məzarında qeyd olunub. Qırğız ədəbiyyatının ruhu Nobel mukatı alan görkəmli yazıçı Çingiz Aytmatovun əsərləri 170 dən çox xarici dilə tərcumə olunmuşdur. Ədibin əsərlərinin dili olduqca sadə və anlaşılandır. Movzu baxımından isə dərin düşündürücü məna kəsb edir. Bu kitabda 10 hekayə yer alıb.Kitaba daxil olan hekayələr "Baydamtal çayında", "Oğulla görüş", "Köçəri quşların göz yaşları", "Balaca əsgər", "Ağ yağış", "Dəhnəçi", "Qırmızı alma", "Buynuzlu ana maral", "Manqurt əfsanəsi", "Öldürək-öldürməyək". Əsərlərində Qırğız mədəniyyəti ,milli ideyalar, sadə insanların həyatı , sovet hakimiyyətinin zülmləri insanlara milli kimliyini unutdurma cəhdləri və başqa məsələlərə toxunmuşdur.
HekayələrCengiz Aytmatov · Altun kitab · 201461 okunma
Puan vermedi·296 syf.··
2020 40. kitabı
·
21 günde okudu
·
Okunma: 12 Eylül 2020 21:35
Anam dəfn edildikdən bir neçə gün sonra babam mənə dedi: - Bilirsənmi, nə var, Leksey, sən medal deyilsən ki, boynumdan asılıb qalasan, get qapılarda işlə, özün də başını dolandır... Mən də özgə qapılarda işləməyə, özüm öz başımı dolandırmağa getdim... Uşaqlıq Maksim Qorkinin avtobioqrafik əsəridir. Müəllif yaşadığı çətinliklərə görə 19 yaşında intihara cəhd edir. Qorkinin keçirdiyi çətin uşaqlıq illəri balaca Alekseyin simasında canlandırılıb. Öncə atasını itirən Aleksey çətin uşaqlıq illərini nənə və babasının yanında keçirir. Orada hər gün döyülmək , təhqir olunmaq , anasının ikinci evliliyi atalığının zülmü , aclıq , səfalət görür. Onu yeganə qoruyan nənəsi olur. Həyatın bütün çətinliklərini, eybəcərliklərini görən Aleksey bütün olanlara dözür, və çətinliklər onun gözünü açır. Sonra anasını itirməsi onun həyatını daha da çətinləşdirir.
Edebiyat
UşaqlıqMaksim Gorki · Qanun Nəşriyyatı · 201419,6bin okunma
9/10
·440 syf.··
2020 37. kitabı
·
5 günde okudu
·
Okunma: 06 Ağustos 2020 20:54
Əsər tamamilə real hadisələr əsasında yazılıb. Yahudilərə qarşı etnik təmizləmə qurbanlarından bəhs edən əsər Sara və onun ailəsinin başına gətirilən hadisələr və 60 il sonrası qələmə alınıb .Müəllif öz qeydində bu kitabın tarixi əsər deyil , sadəcə sürgün olunmuş və heç vaxt geri qayıtmamış və sağ qalaraq baş verənləri danışmış uşaqlara, hədiyyəsi olduğunu qeyd edir. Əsər 1942 -ci ilin yayında yahudilərin Parisin mərkəzində fransızlar tərəfindən kütləvi şəkildə sürgün olunması və acınacaqlı şəkildə qətl olunmasından bəhs edir. Onların yeganə günahı yahudi olaraq dünyaya gəlmələri idi. Sara da ailəsi ilə birgə Velodrom d'Hvivə sürgün olunan yahudilərdən biri idi. Polislər evlərinə basqın edərkən, Sara qardaşını dolabda gizlədib, açar ilə bağlayır və geri qayıdacağına söz verir . Lakin.... İllər sonra jurnalist Culiya bu hadisələri araşdırmaq üçün təyin olunur. Araşdırma gedişatında Culiya Sara ilə onu birləşdirən bağlılığı ortaya çıxarır. İllər öncə Sara və ailəsinin yaşadığı mənzilin sonrakı sahibi Culiyanin həyat yoldaşının valideynlərinin olduğu gerçəyi ilə qarşılaşır .Həmin ev, bağlı qalmış dolab ... Olduqca maraqlı əsərdi #6avqust2020
Tarih
Saranın AçarıTatiana De Rosnay · Parlaq İmzalar · 2019136 okunma
9/10
·856 syf.··
2020 33. kitabı
·
8 günde okudu
·
Okunma: 20 Temmuz 2020 00:20
"Bütün xoşbəxt ailələr bir - birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir." Əsərin əsasını təşkil edən cümlə. Dünya klassiki Lev Tolstoy Anna Karenina əsərini 1873-1877 ci illərdə qələmə alıb. Müəllif əsəri qonşusunun danışdığı başına gəlmiş gerçək hekayə əsasında qələmə alıb. Belə ki, əsər həm də avtobioqrafik səciyyə daşıyır. Romandakı " Levin" obrazı ilə Tolstoy özünün prototipini yaradıb. Əsərdə bir ailənin problemleri ilə yanaşı bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxunulur. Mövcud dövürdə ailə dəyərlərinin, əxlaqın necə aşağı olması qələmə alınıb. Anna Karenina obrazı çox ziddiyyətli bir obrazdı. Hər şeyə sahib olan Anna bunların dəyərini bilmir. Gözəl ailəsindən, övladından,imtina edib sevgilisi ilə həyatına davam edir. Nümunə olacaq bir obraz deyil. Əsərdə geniş yer ayrılmış əsas obrazlardan biri Levindi. Əsəri onun adı ilə də bağlamaq olar. Anna xarakterini nə qədər sevmədimsə Levini bir o qədər çox sevdim. Onun daxili zənginliyi,dünyagörüşü, qadını necə yüksək tutması, sadiqliyi və s. Obrazı sevdirməyə kifayət edir.
Edebiyat
Anna KareninaLev Tolstoy · Əli və Nino və Qanun Nəşriyyatı · 201355,4bin okunma
6/10
·128 syf.··
2020 30. kitabı
·
3 günde okudu
·
Okunma: 29 Haziran 2020 22:11
Kadın gönlüyle şaka olmaz. Kadınların gönlü oyuncak değildir. Zehra Türk ədəbiyyatının ilk psixoloji romanı kimi tanınır. Kadın qısqanclığı və intiqamından bəhs edilir. Romanda sevgisinin qiymətini bilməyən və əlindəkini də itirən Sübhi və Zəhra sevgisindən daha doğrusu Sübhinin xəyanəti , Zəhranın intiqamından bəhs olunur. Və bütün bunların sonunda həyatları puç olmuş insanların acı taleyini göstərir.
Edebiyat
ZehraNabizade Nazım · Türk Edebiyat Vakfı Yayınları · 201715,3bin okunma