Kitabcı qız

Kitabcı qız
@Nahide_Huseyni313
Çocuklar ne kadar büyürse büyüsün, sevilmedikleri yaşlarda kalırlar
Azərbaycan, 23 Şubat 1992
99 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Puan vermedi·80 syf.·
2021 115. kitabı
“Utancaq qız” Dostoyevskinin kiçik həcmli olmasına baxmayaraq, özündə dərin duyğular birləşdirən maraqlı əsərlərindən biridir. Burada məzlum, yetim, azyaşlı bir qızın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Onun xalaları onu özündən qat-qat böyük bir qocaya satıb, başlarından atmaq istəyirlər. Elə bu anda qıza dərin məhəbbətlə vurulan xilaskarı peyda olur və bu əziyyətlərdən qurtarır. Elə hadisələrdən də bundan sonra başlanır. Bəs qız öz xilaskarına niyə nifrət etdi?
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 202010,8bin okunma
Reklam
Puan vermedi·104 syf.·
2020 90. kitabı
Çevrilmə Kafka tərəfindən 1915-ci ildə yazılmış novella. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan əsərdir. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin mövzusu əsasında eyni adlı film çəkilmişdir. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019267,8bin okunma
Puan vermedi·176 syf.·
2020 89. kitabı
Şerlok Holms şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı. İlk dəfə 1887-ci ildə Al qırmızı etüd povestində peyda olmuş Holms Londonda Beyker-strit, 221B ünvanında yaşayır,cənubi və mərkəzi İngiltərə və kontinental Avropa boyu cinayətkarları təqib edir, dolaşıq cinayət işlərinin üstünü açırdı. Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb. Şerlok Holmsun macəraları onun dostu və kampanyonu Doktor Uatson'un dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878-1914-cü illərdəki fəaliyyətini əhatə edir.
Şerlok Holms - Al Qırmızı EtüdArthur Conan Doyle · Alatoran · 201218,1bin okunma
Puan vermedi·726 syf.·
2020 55. kitabı
Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, Xəbərimiz yox. Aradan nə qədər il keçib görən, Tanıya bilmədim, səni bağışla Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim,məni bağışla.
NəfəsRamiz Rövşən · Qanun Nəşriyyatı · 2006198 okunma
Qəzəl
Puan vermedi·472 syf.·
2020 33. kitabı
Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir, Eşq olan yerdə bütün aqilü-dana dəlidir. Saldı Yusif kimi öz sevgilisin zindanə Qoydu rüsvalığı aləmdə Züleyxa dəlidir. Eşq zəncirinin iftadəsi bir mən deyiləm, Həvəsi-silsileyi-eşq ilə dünya dəlidir. Sarılır çiyninə, gah boynuna, gah qamətinə, Əjdahalar kimi ol zülfi-çəlipa dəlidir. Bir vəfasız gül üçün naləsi dünyanı tutub, Aşiqin qəlbi kimi bülbüli şeyda dəlidir. Bircə Şirin ilə Fərhadə məzəmmət yoxdur, Vadiyi-eşqdə Vamiq dəli, Əzra dəlidir. Əl götürməz bu qara gözlülərin zülfündən, Hər yetən zənn eləyər Vahidi guya dəlidir Seçilmiş Əsərləri Əliağa Vahid
1000Kitap
Seçilmiş ƏsərləriƏliağa Vahid · Lider Nəşriyyat · 200518 okunma
Reklam