Bu dünya özüdə yalandı inan
Qoy yalanlarla ovum özümü
Xəyalımda yanıma gəl bir an
Qoy doyunca deyim sözümü
Xəyalın yanımda canlandı bir an
Bir küncdə oturub dindirir məni
Bu dəqiqə istəyirəm dayansın zaman
Qalıb əbədi sevindirsin məni
Həyat yalan,dünya yalan,insan yalan
Bu yalanlar içində məskənlər salan
Doğru hisslərin qurbanıyıq biz,
Yalan sevgilərin heyranıyıq biz.
(Nadya)
6 avqust 2023.
Uduzan taleyim düşər zərimdən,
ataram dü gələr sə əvəzinə.
Dilçəyim gizlənər dilimin altda,
çox vaxt yox deyərəm hə əvəzinə.
Yumsam yumuruğumu ovcum qanayar,
dırnağım uzanıb deşər ətimi
Gülüşüm paslanıb axar gözümdən,
çox vaxt od çilərəm SU əvəzinə.
Sürünər arxamca qəm veyil-veyil,
gedərəm özümdən çox uzaqlara.
Üzüyüm boş qalar itər barmağım,
Çox vaxt sil deyərəm YU əvəzinə.
Sıxaram çiynimi qulaqlarım,
üşüyən boynuma kəndir dolaram.
Durna qatarları haray vuranda,
Çox vaxt qarğa dönər Qu əvəzinə.
Bu yazda ölərəm o qışın üstə,
sürüyüb bahara aparanda olmaz.
İçimdə bir yetim adam dolaşar,
Çox vaxt o deyərəm bu əvəzinə….