Nailə Mehdizadə

Nailə Mehdizadə
@Naile_Mehdi
ADPU- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Bakı
21 okur puanı
Haziran 2022 tarihinde katıldı
Puan vermedi·448 syf.··
Beğendi
·
2023 18. kitabı
·
4 günde okudu
·
Okunma: 02 Kasım 2023 17:00
Nəhayət ki, Fridrix Nitsşenin "Zərdüşt belə söylədi" kitabını bitirə bildim və anladığım şəkildə mənalandırmağa çalışacağam. Əslində bitmiş olsa da, düşünürəm ki, kitabdan daha çox şey götürə bilərdim və daha aydın anlamaq üçün filosofun digər əsərlərinə və fikirlərinə bələd olduqdan sonra təkrar oxumalıyam. Kitabda, əsasən, "fövqəlinsan"dan danışılır. İnsanı sadəcə bir körpü kimi qiymətləndirən Nitsşe, ruhun üç çevrilməsini qeyd edir: dəvə, aslan və uşaq. Dəvə yüklənmiş insanı təmsil edir, öhdəlikləri və yükləri həddən artıq çoxdur, lakin bunlar heç biri onun deyil, onun istəyi ilə deyil, daha çox məcburiyyətləridir. Və o, insanın ən yüksək halını aslanla deyil də, uşaqla yekunlaşdırır, bütün kənar təsirlərə və müdaxilələrə baxmayaraq öz oyununa davam edən, qurub-yaratmaq üçün bir kömək, bir dəstək gözləməyən və ətrafda baş verənlərə baxmayaraq oyununa davam edən uşaq, lakin bu uşaq öz yaratdıqlarına və bütün zəhmətinə baxmayaraq hər şeyi bir anın içində söküb, məhv edə bilər, əlbəttə, əgər istəyərsə. Dörd fəsildən ibarət olan kitabda əsas obrazımız Zərdüşt, daima səyahətdədir, o "böyük günortanı", öz uşaqlarını gözləyir. Hətta bir an düşünür ki, onları tapıb, lakin çox keçmir dərk edir ki, xeyr, o hələ axtarışına davam etməlidir. Başdan sona qədər metaforlardan ibarət olması, kitabı anlamağı müəyyən qədər çətinləşdirir, hətta bəzi yerlərində müəyyən cümlələr bir neçə şəkildə anlaşıla bilər. "Mən bu qulaqlara görə ağız deyiləm" deyən, mövcud quruluşa qarşı çıxan, bütün köhnə, vaxtı keçmiş, çürümüş adətləri sındırmağı çıxış yolu kimi görən Nitsşe "kölə əxlaqını" pisləyir, hər önünə qoyulana razı olan, etiraz etməyən, süst olan, ölümdən sonrakı xoşbəxtlik ümidi ilə yaşayıb yer üzündəki həyatını heçə sayan, müti olan insanları qəbul etmir, yalançı rəhmdillilikdən,
Felsefe-Düşünce
Zərdüşt Belə Söyl­ədiFriedrich Nietzsche · Qanun Nəşriyyatı · 202047,5bin okunma
Reklam
Puan vermedi
Kitab Azərbaycan Cümhuriyyətinin mühüm nümayəndələrindən Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, sənət dünyasının tanınmışlarından, həmçinin siyasətdə sözünü demiş Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Almas İldırım, Üzeyir Hacıbəyli kimi şəxslərin həyatından mühüm faktları, fraqment və fotoları oxucuya təqdim edir. Yazıçı bizi çar zindanlarda baş verən vəhşiliklərin şahidi edir, sanki bilmirsənsə xəbərdar ol, bilirsənsə xalqımızın nələr yaşadığını əsla unutma deyir. Sözü gedən kitab vasitəsilə şərqşünas alimimiz Mirzə Kazımbəyin, Bakının xilasında xüsusi əməyi olan Nuru Paşanın həyatı ilə tanış olub, "Molla Nəsrəddin" jurnalının ərsəyə gəldiyi o çətin dönəmlərə səyahətə çıxırıq. Kitabın irəliləyən səhifələrində vətən, maarif, azadlıq yolunun fədailəri olan qadınlarımızın ağrılarına şərik olur, mübarizələrini həyəcanla oxuyuruq.
FərqlilərDilqəm Əhməd · Teas Press Nəşriyyatı · 201567 okunma
Puan vermedi
Müasir Azərbaycan ədəbiyyatından bir nümunə ilə gəlmişəm- "Bakirə". Kitab sadə dillə yazılıb, insanı yormayan bir üslubu var və olduqca axıcıdır. Yazar çox gözəl bədii təsvirlərdən istifadə edib. Obrazlılıq insanı qətiyyən yormur, hətta deyərdim xüsusi bir həzz verir. Kitabda iki zaman dilimi göstərilir, günümüzdə Fidan və Carçıoğlu malikanəsindəki bir neçə aylıq macərası, bir neçə əsr əvvəl yaşamış Laura və acınacaqlı həyatı. Yazar iki fərqli zaman və məkanı olduqca təbii şəkildə, yormadan və qarışıqlıq yaratmadan çox gözəl əlaqələndirib. Əsrlər keçsə də, problemlər dəyişmir... Kitabda əxlaq anlayışına fərqli bir yanaşma görürük. Bu fərqliliyi isə kitabı oxuyaraq kəşf edə bilərsiniz.
BakirəSignor Bayramlı Məhəmməd · Qanun Nəşriyyatı · 035 okunma