Narmina Safarli

Narmina Safarli

, bir kitap okudu
10/10
·560 syf.··
Beğendi
·
5 günde okudu
·
Okunma: 26 Mart 2026 00:40
·
2026 14. kitabı
Elif Şafak
8.6/10 · 1.714 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Aşk
~ Aşk çivi yazısı ile yazdığı, çözemediği bir bilmeceydi. ~
Ümid
8/10
·296 syf.··
2026 12. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Mart 2026 22:32
Əsərin giriş hissəsində qeyd edildiyi kimi, bütün şəxslər və hadisələr uydurma olsa da, məktəbdə tarixi yaxşı oxumağıma və History 365 kanalına hər həftə saatlarla baxmağıma baxmayaraq, London Blitz haqqında kifayət qədər məlumatlı olmadığımı anladım. Ümumiyyətlə, dünyanın ən böyük imperiyalarından birinin belə güclü bombardmana məruz qalması məni çox təəccübləndirdi. Əsərdə vaxtında baş vermiş hakimiyyət dəyişiklikləri incə bir xətt kimi təqdim olunur. Çətin dövrlərdə qadınların və ümumilikdə insanların birlikdə mübarizəsi, kütlə psixologiyasının müsbət tərəfləri uğurla əks etdirilmişdir. Lakin məncə, obrazların daxili dünyası kifayət qədər dərin açılmayıb. Bu hadisələrə Lev Tolstoy üslubunda daha geniş və fəlsəfi yanaşma görmək istəyərdim. Əsəri çətin dövrü təsvir edən, lakin nisbətən yüngül roman kimi qiymətləndirmək olar. Daha dərin məna qatları əlavə edilərək yenidən işlənməsi əsəri daha təsirli edə bilərdi.
1000k
Londra’nın Son KitapçısıMadeline Martin · Yan Pasaj Yayınları · 2024309 okunma
Güzgü
8/10
·222 syf.··
Beğendi
·
2026 11. kitabı
·
13 günde okudu
·
Okunma: 14 Mart 2026 15:22
“Uçurum İnsanları” məni dərindən təsirləndirən əsərlərdən biri oldu. Bu kitab Londona və ümumiyyətlə dünyanın ən böyük imperiyalarından birinin mərkəzinə dair düşüncələrimi tamamilə dəyişdirdi. Biz çox vaxt yoxsulluğu uzaq coğrafiyalarla, xüsusilə də Şərqlə əlaqələndirməyə öyrəşmişik. Amma bu kitab göstərir ki, ürəkdağlayan mənzərələr təkcə orada deyil – Qərbin mərkəzində də eyni dərəcədə mövcuddur. Londonun parlaq küçələrinin arxasında gizlənən qaranlıq, səfalət və ümidsizlik insanı sarsıdır. O an anlayırsan ki, yoxsulluğun ünvanı yoxdur – uçurum hər yerdə eyni dərəcədə dərindir. Bəzi səhifələr var idi ki, onları oxumayıb, bu ağır reallığı görməzliyə vurmaq istəyirdim. Amma eyni zamanda müəllifin müşahidələri, təsvirləri və bənzətmələri o qədər güclü idi ki, kitabı maraqla oxumağa davam edirdim. Cek London sadəcə gördüklərini yazmır, o, oxucunu həmin küçələrin içinə aparır. Kitabdan yadda qalan fikirlərdən biri belədir: “Uçuruma enəndə gördüm ki, insanın yoxsulluğu təkcə pulun yoxluğu deyil, həm də ümidin tükənməsidir”. Bu əsər mənim üçün sadəcə bir kitab deyil, dünyaya baxışı dəyişdirən güclü bir sosial güzgü oldu.
1000k
Uçurum İnsanlarıJack London · İletişim Yayınları · 20254,556 okunma