Narmina Safarli

Narmina Safarli
Su
10/10
·560 syf.··
Beğendi
·
2026 14. kitabı
·
5 günde okudu
·
Okunma: 26 Mart 2026 00:40
Bu kitab əsl oxuculara tövsiyə edəcəyim əsərlər siyahısına daxil oldu. İnanıram ki, bir qadın yazıçının belə möhtəşəm üslubla üç hekayəni birləşdirməsi əsərin dünya ədəbiyyatında layiqli yer tutmasına və geniş oxucu kütləsi tərəfindən sevilməsinə töhfə verəcək. Əsərdə təhlil olunacaq, müzakirə ediləcək və bəzilərinin xoşuna gəlməyəcək çox məqam var. Amma böyük yazıçılar hər zaman yalnız xoşa gələn mövzulara toxunsaydılar, böyük olmazdılar. Orqan mafiyasının sonda qısa şəkildə işlənməsi yazıçını “təhlükəli sular”a yaxınlaşdırsa da, bu problemin böyük ədəbiyyat çərçivəsində işlənməsi diqqətəlayiqdir.
Gökyüzünde Nehirler VarElif Şafak · Doğan Kitap · 20251,659 okunma
Ümid
8/10
·296 syf.··
2026 12. kitabı
·
4 günde okudu
·
Okunma: 17 Mart 2026 22:32
Əsərin giriş hissəsində qeyd edildiyi kimi, bütün şəxslər və hadisələr uydurma olsa da, məktəbdə tarixi yaxşı oxumağıma və History 365 kanalına hər həftə saatlarla baxmağıma baxmayaraq, London Blitz haqqında kifayət qədər məlumatlı olmadığımı anladım. Ümumiyyətlə, dünyanın ən böyük imperiyalarından birinin belə güclü bombardmana məruz qalması məni çox təəccübləndirdi. Əsərdə vaxtında baş vermiş hakimiyyət dəyişiklikləri incə bir xətt kimi təqdim olunur. Çətin dövrlərdə qadınların və ümumilikdə insanların birlikdə mübarizəsi, kütlə psixologiyasının müsbət tərəfləri uğurla əks etdirilmişdir. Lakin məncə, obrazların daxili dünyası kifayət qədər dərin açılmayıb. Bu hadisələrə Lev Tolstoy üslubunda daha geniş və fəlsəfi yanaşma görmək istəyərdim. Əsəri çətin dövrü təsvir edən, lakin nisbətən yüngül roman kimi qiymətləndirmək olar. Daha dərin məna qatları əlavə edilərək yenidən işlənməsi əsəri daha təsirli edə bilərdi.
1000k
Londra’nın Son KitapçısıMadeline Martin · Yan Pasaj Yayınları · 2024307 okunma
Güzgü
8/10
·222 syf.··
Beğendi
·
2026 11. kitabı
·
13 günde okudu
·
Okunma: 14 Mart 2026 15:22
“Uçurum İnsanları” məni dərindən təsirləndirən əsərlərdən biri oldu. Bu kitab Londona və ümumiyyətlə dünyanın ən böyük imperiyalarından birinin mərkəzinə dair düşüncələrimi tamamilə dəyişdirdi. Biz çox vaxt yoxsulluğu uzaq coğrafiyalarla, xüsusilə də Şərqlə əlaqələndirməyə öyrəşmişik. Amma bu kitab göstərir ki, ürəkdağlayan mənzərələr təkcə orada deyil – Qərbin mərkəzində də eyni dərəcədə mövcuddur. Londonun parlaq küçələrinin arxasında gizlənən qaranlıq, səfalət və ümidsizlik insanı sarsıdır. O an anlayırsan ki, yoxsulluğun ünvanı yoxdur – uçurum hər yerdə eyni dərəcədə dərindir. Bəzi səhifələr var idi ki, onları oxumayıb, bu ağır reallığı görməzliyə vurmaq istəyirdim. Amma eyni zamanda müəllifin müşahidələri, təsvirləri və bənzətmələri o qədər güclü idi ki, kitabı maraqla oxumağa davam edirdim. Cek London sadəcə gördüklərini yazmır, o, oxucunu həmin küçələrin içinə aparır. Kitabdan yadda qalan fikirlərdən biri belədir: “Uçuruma enəndə gördüm ki, insanın yoxsulluğu təkcə pulun yoxluğu deyil, həm də ümidin tükənməsidir”. Bu əsər mənim üçün sadəcə bir kitab deyil, dünyaya baxışı dəyişdirən güclü bir sosial güzgü oldu.
1000k
Uçurum İnsanlarıJack London · İletişim Yayınları · 20214,549 okunma
6/10
·336 syf.··
2024 35. kitabı
·
9 günde okudu
·
Okunma: 18 Haziran 2024 11:54
Ben okumaya geç kalmışım, lakin 21. yüzyılın tarihini yazmak için çok erken olduğu açık. Yazarın tahminlerinde ve analizlerinde ne kadar yanıldığını görmüş olduk.
Düşünce
21. Yüzyıl İçin 21 DersYuval Noah Harari · Kolektif Kitap · 20189,1bin okunma
Puan vermedi·160 syf.··
2024 32. kitabı
·
12 saatte okudu
·
Okunma: 07 Haziran 2024 09:21
Zweigin “Dünün dünyası-Avrupalının anıları” kitabına yazılmış yorum sandım. Aynı kitabı iki defa okumuş gibi oldum. Konu Zweig olmasaydı vakit kaybı derdim.
1000Kitap
Stefan ZweigKerem Kına · Destek Yayınları · 20231,067 okunma