Ata ağır adam idi. Onun da gözləri Ana baxan istiqamətə baxırdı, ancaq gördüyü yalnız biganəlik idi. Sonsuz heçlik. . Atanın dünyası çətin dünya idi. Onun dünyasında yaxşı şeylər havayı olmurdu, heç sevginin özü də. Hər şeyin bədəlini ödəməliydin. Ataya görə əgər yoxsulsansa, ödənişin əziyyətin olmalıydı.