Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nərgiz Khuluzadə

160 syf.
8/10 puan verdi
Onları bir birinə bağlayan nə idi ?
Bəzən sadəcə danışmaq istəyirsən. Gördüklərini, eşitdiklərini , yaşadıqlarını - hər şeyi... Maria və Raifin hekayəsi də bu idi. Qarşılaşdıqları gündən etibarən aralarında bir doğmalıq yarandı, günləri bir yerdə keçməyə başladı .O qədər yaxın oldular ki, bu münasibət dostluqdan da irəli oldu. Lakin Maria lap əvvəldən Raifə bildirmişdi ki,
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021315,7bin okunma
Reklam
7/10 puan verdi
Kitab hədiyyəmi geri çevirib , mənə bu möhtəşəm kitabı yenidən oxutduran insana təşəkkür edirəm.... Sevimli Yazarım Stefan Zweigin bu kitabın 2 il əvvəl oxumuşdum. O zaman mənim üçün elədə təsirli kitablar siyahısına düşə bilməmişdi, yəqin türkcə oxumadığımdan belə olmuşdu . Bu gün oxuyanda gördüm ki, 2 il həyatımda mən o qədər duyğu dəyişiklikləri yaşamışam ki, demək olar kitabda hər sözün altından xətt çəkdim . Hər cümlə mənə o qədər doğma gəldi ki , kitabı əlimdən qoymaq istəmədim. Uzun müddət təsirində olacağımdan hələki sadəcə kitabla bağlı buna deyəcəm : ( Gəlib öz fikirlərimi yazacamm) "Karşılıklı olmayan hiçbir his, iki kişiyi bir arada tutmaya yetmez. Ne güven, ne sevgi, ne de aşk. (Cemal Süreya)
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022225,5bin okunma
316 syf.
10/10 puan verdi
Spoii var, oxuyun, oxutduruun!!!
Hələdə təsirində olduğum o kitab Filminə baxmışdım . Düzü o qədər də təsirli deyildi. Amma kitabı oxuyarkən Təhminə obrazı ilə aramda görünməz bağ yarandı. Cəmiyyətin qınaq obrazına çevrilmiş Təhminə ,nə etsə bir nöqsan axtarılırdı. Onun bele tənqidlərə məruz qalmasına səbəb , həyatını camaatın sözünə görə yox, öz istədiyi kimi şablonlara,
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,132 okunma

Okur Takip Önerileri

Tümünü Gör
240 syf.
6/10 puan verdi
"spoi" var)))
Əsər Suzan və Filipp in dialoqları ilə başlayır. Bu dialoqlara baxsaq görərik ki , Suzan öz həyat amalı ilə uzaqlara getmək istəyən, Filipp isə sevgisini yanında istəyən və onun sayısız bəhanələrinə göz yumacaq qədər onu sevən bir obrazdır.Açığı mənə təsir edən sevgi hekayəsi deyildi və oxuduqca əsl sevgi bu deyil dediyim hissələr də oldu. Səbəb Suzanın ancaq öz arzu və xəyallarını düşünməsi, sözdə sevirəm dediyi Filippə isə öz dünyasında yer verməməsi idi. Bir bəhanəsi də var idi ki, mən insanlara kömək edirəm .Düzdür, onun qasırğa olan yerlərdə insanların əlindən tutması, həyatını bu insanlara həsr etməsi böyük fədakarlıq , amma öz həyatını və Filippi düşünməməsi də xoş deyildi. Filippi daim ikilikdə qoyurdu. Həm ona onunla olacağını vəd etmirdi , həm də istəmirdi ki , başqa qadın Filippin qəlbinə girsin. Mənə görə bu eqoistlik idi. Filippə gəlsək , o daim Suzanı gözlədi və onun bəhanələrini ört basdır etdi özlüyündə. Tanış olduğu Mariya ilə gününü keçirsə də , ona sevgi bağı ilə bağlı olduğunu düşünmürəm. Çünki evlilikləri boyu bütün fədakarlıqlari edən , özünü sevgisinə qurban etmiş Mariya , yetərli sevgini ondan görə bilmədi. Ən sevdiyim obraz Mariya oldu deyə bilərəm. Və birdə sevdiyim obraz- Suzanin , sözdə yaxşı gələcəyi olsun deyə, atası bilinməyən qızını Filippə əmanət etdiyi Liza oldu. Lizanı ona görə sevdim ki, o sonda heçnə olmamış kimi qayıdan Suzanı yox , öz ailəsi, ona əsl valideyn olmuş - Mariya və Filippi seçdi .
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014668 okunma
245 syf.
10/10 puan verdi
·
24 saatte okudu
Məni uşaqlığıma aparan o Kitab
Zeze dəcəl ,yaramaz bir o qədər də ağıllı uşaqdır .Onun hər yeni sözü araşdırması, böyük xəyal dünyası ,Edmundu dayı ilə ağıllı söhbətləri, işsiz atasının ağrısını görməsi, gecə gündüz demədən övladları üçün işləyən anasını qəlbən anlaması, kiçik qardaşı Luisə qarşı böyük sevgi və anlayışı məni ona heyran etdi.Kitabda həmçinin yoxsulluq , bir ailənin səfaləti çox gözəl əks edilib. Ən çox da Milad bayramı günü ailənin süfrəsi , hər kəsin simasında olan o kədər hiss olunurdu. Zeze hər zaman öz hiss və duyğularını olduğu kimi dilə gətirirdi və üzərində böyük yaşların təcrübəsi vardı sanki. O insanlarin acısını , valideynlərinin səfalətini, hər şeyi belə xırdalığına kimi hiss edib görməsi mükəmməl idi. Lakin Xəyal aləmi böyük Zezeni qəlbən anlayan yox idi. Onun Portuqa ilə tanışmasından sonra həyatı dəyişdi deyə bilərik. Portuqanin Zezeni anlamasi, onun dəcəlliklərinə gülməsi və əsla onu tənqid etməməsi , onu övladı kimi sevməsi , Zezenin səhvlərini valideynləri, bacı qardaşı kimi danlamadan deməsi mənə təsir etdi. Və birdə Zezenin şirin portağal ağacı . Zeze onunla həmsöhbət olub, vaxtını onunla keçirirdi. Portuqani itirdikdən sonra ağrını dadan Zezeni görmək məni ağlatdı . Onun atasına " Məni qucağına alan bu adam nə istəyir ? O mənim atam deyil . Mənim atam ölüb deməsi çox təsirli idi.
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022230,9bin okunma