Axıcı dil kitabın oxunmasını daha da sürətləndirir. Kitab məndə heyvanlara baxış bucağımı dəyişdirdi. Jack London əslində çox məntiqli şəkildə məsələləri vəhşi təbiət üzərindən izah edərək əslində real həyatda insanlar və tanrıdan bəhs edirdi. Əslində insan doğulanda da içində 2 cür kişilik olur. Necə ki Ağ dişdə olan qurd insanın içində olan azad olmaq istəyini, vəhşiliyi, “pis”i təmsil edir; it tərəfi isə insanın evcil, sakit yanını, “yaxşı”nı təmsil edir. Əslində hamımız bunların ikisini də daşıyırıq. Lakin böyüdülmə mühitimizdən başlayaraq yaşadıqlarımıza qədər olan hər şey buna təsir edir. Sevgi hər iki haldada yenədə yaraları bağlayan mövhumdur.