Gənc yazarlar ittifaqının üzvü olan dəyərli Nigar xanımın qələmindən çıxmış Vətən sahibi kitabını izah etməyə sözlərim kifayət etmir. O qədər incəliklə, o qədər ustalıqla yazılmış bir əsərdir ki, oxuduqca kitab olduğunu unudub, özümü orda bəhs olunan insanlarla birbaşa söhbət edirmiş kimi hiss elədim.
Şəhid kitabı yazmaq asan iş deyil. Məsuliyyətli, diqqət tələb edən işdir. Nuray xanım bu işin öhdəsindən ustalıqla gəlməyi bacarıb. Məmmədov Sahibi öz qələmiylə o qədər incə işləyib ki, tanımayan insan belə tanımış olur.
Şəhidimizi tanımaq isə mənim üçün çox xoş oldu. Bu qədər möhtəşəm bir həyat yaşamış insanı tanıdığım üçün fəxr edirəm.
Ruhu şad olsun
Nuray xanım, qələminizə, ürəyinizə, əməyinizə sağlıq
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma