Gregory David Roberts, Hindistanın Mumbay şəhərində keçirdiyi vaxtları və orada yaşadığı hər anı o qədər hissiyatla və real şəkildə yazıb ki, sanki mən də o dünyanıniçindəyəm.
Avstraliyadan qaçan (həbsxanadan)və Hindistana sığınan Lin, burada özünü yeni bir dünyada tapır.
Bir insan necə bu qədər itmiş ola bilər və yenə də tapıla bilər? Hər səhifədə elə bil özümə məktub oxuyurdum – bəzən qorxaq, bəzən güclü, bəzən də sadəcə susan biri kimi. Hər səhifəsində bir az özümü, bir az da tanıdığım insanları gördüm.
İnsanın içindəki qorxular, arzular, tənhalıq və azadlıq axtarışı o qədər aydın və dərin hiss olunur ki, sanki Linin yoldaşı olursan. Hindistanın mürəkkəb və rəngarəng dünyasına dalırsan. O dünyada yaxşılıqla pislik, sevgi ilə nifrət arasında hər şey qarışır Karla obrazını oxuyanda ağlıma bu cümlə gəlmişdi "Bəzən sevmək bir şəhəri seçmək kimidir – sənin olmayan küçələrdə yaşamağa çalışırsan"Amma axırda anlayırsan: sevgi heç kimə məcbur edilmir, özü yol tapır.