Baxın, göz yaşı tökürəm. Niyə, nə üçün? Səbəbini izah etsəm, uzun çəkəcək. Məni dinləməyi, anlamaq üçün, zənn edirəm, bir qədər sıxılmağı özünüzə rəva görərsiniz, elə deyilmi?
Düşüncəli olsaq, görərik ki, qana susamaq baxımından bugünkü insanların daş dövründə mağaralarda yaşayan, ovladıqları heyvan cəmdəklərini dişləri və dırnaqları ilə parçalayaraq yeyən vəhşi əcdadlarından fərqi elə də böyük deyil.
Başqa millətlərin gözündə bir qadının təbii qəbul edilən ən xırda, sərbəst bir hərəkəti bizdə açıq-saçıqlıq kimi qələmə verilir. Bunun həqiqət olduğunu sizə yazdığım məktuba aldığım cavabda bir daha gördüm.