Niyyətə söykənən dostluğun ömrü uzun olmaz. Əbədi dostluqlar isə daxildən gələn münasibətlərə söykənən səmimi istəklərdir ki, bu da belə tez - ilk andaca yaranmaz
Ölüm nə qədər qaçılmaz olsa da, insan xilas olmaq üçün son ana qədər çıxış yolu axtarır. Çünki can şirin şeydir. Yaşamağa çox həvəsli olmağımız, əslində, bu cür ümidsizliyə qapıldığımız anlarda üzə çıxır.
Mənim üçün siz elə bir gözəllik mücəssəməsisiniz ki, sizə bən-zəri olmayan digər gözəllər əllərindən gələni etsələr belə, məncə, o ucalığa yüksələ bilməzlər. Off... Anlatmaqda acizəm. Mən indi gözəlliyin bədii çərçivəsindən çıxdım. Gözəl sənətləri, estetikanı, hər şeyi inkar edirəm. Siz necəsinizsə, gözəllik də odur. Sizi hansı şəkildə, hansı halda görəcəyəmsə, onu özüm üçün gözəllik ölçüsü sayacağam. Sənətdə özümə örnək və etalon hesab edəcəyəm.